среда, 4 сентября 2013 г.

Toyuq bozartması

Tərkibi:
300 qram toyuq
30 qram ərinmiş yağ
15 qram limon
5 qram nanə
2 ədəd soğan
0.1 qram zəfəran
Duz, istiot
Hazırlanması:
Təmizlənib, yuyulmuş toyuq 30 qramlıq tikələrə doğranır və yağ içində azacıq qızardılır. Sonra dayaz qazana qoyularaq duz və istiot səpilir, yağda qızardılmış soğan, bulyon, zəfəran şirəsi qatılıb zəif od üzərində hazır olunana qədər öz buğunda bişirilir.
Previous Post
Next Post