вторник, 10 сентября 2013 г.

Limonlu Profitroli

Xəmir üçün:
100 qram şit yağ
1 çimdik duz
1 çimdik şəkər tozu
3 ədəd yumurta
100 qram un
İçlik üçün:
2 ədəd limon
5 ədəd yumutanın sarısı
1 stəkan şəkər tozu
50 qram şit yağ
50 qram şəkər kirşanı
Hazırlanması
Əvvəlcə qazanı götürüb, içinə 0.5 stəkan isti su tökürük. Suya 100 qram kərə yağı, 1 çimdik duz və 1 çimdik şəkər tozu tökürük. Hələki yağ qazanda əriyir, başqa bir qabda 3 ədəd yumurtanı çırpıcı və ya mikser ilə çırpırıq. Qazanda əriyən yağa 100 qram un əlavə edib, qarışdırırıq və arası kəsilmədən çırpdığımız yumurtaları qazana əlavə edib, qarışdırmağa davam edirik.
 Sonra 2 ədəd qaşıq götürüb, hazırladığımız xəmiri kiçik kündələrə ayıraraq, dxovkanın listinə sıra ilə düzürük. Yaxşı olar ki, bunları yağlı perqament kağızının üstünə yığasınız. Sonra bişmək üçün dxovkaya qoyuruq.

 Krem üçün: 2 ədəd limon qabığını sürtkəcdən keçirib, limon sedrası əldə edirik. Limonların özünü isə sıxıb suyunu əldə edirik. Daha sonra 5 yumurta sarısını bir qaba tökürük və həmin qabı su buxarı qazanının üstünə qoyuruq. Bu yumurtalara limon sedrasını, limon sokunu və 1 stəkan kirşanı əlavə edib, qatılaşana qədər arasıkəsilmədən qarışdırırıq. Daha sonra hazırladığımız bu kremi oddan götürüb soyuduruq, sonra isə şit yağ əlavə edib, qatı kütlə əmələ gələnə qədər qarışdırırıq.

Xəmir dxovkada bişdikdən sonra onu çıxardıb, soyuduruq. Soyuduqdan sonra bişmiş profitroliləri arasını azca kəsib, içinə hazırladığımız kremi əlavə edirik. Daha sonra üstünə şəkər kirşanı əlavə edərək süfrəyə təqdim edirik.


Previous Post
Next Post