
Sarı çay xsusi çay növündən adi qaydalarla əldə edilir. Onun tərkibində çoxlu sayda vitamin və mikroelementlər movcuddur.
Onun tərkibində çoxlu sayda vitamin və mikroelementlər movcuddur. Onu ya gün altında ya da kölgədə (təyinatından və növündən asılı olaraq) xsusi qaydalara əsasən qurudurlar.
Sarı çayda vitaminlərin çox olmasından böyrəklərin müalicəsində, gumrahlıq əldə etmək istəyəndə, əhval-ruhuyyənin qaldırılmasında rolu olduğu bildirilir. Bu onda kofeinin digər çaylara nisbətdə çox olması ilə əlaqədardır. Orqanizmdən şlakların çıxarılmasında, tempraturun aşağı salınmasında, imun sisteminin gücləndirilməsində də bu çaydan istifadə edirlər. Bu çayı da çox içmək olmaz. Gündə və ya ehtiyac duyulduqda 1-2 çay bardağı (gün ərzində) kifayət edər. Sarı çayı gecə və yatmazdan əvvəl içmək olmaz. Əsəbli olanlara da məsləhət görülmür.
Xaricən yaşıl çaydan fərqlənməyən bu çayı digər çaylarla dadına və tamına görə heçvaxt səhv salmaq olmaz. Bu çayın dəmi çaydanda və çay stəkanlarında açıq qızılı rənglə əks olunur.
Sarı çayı hazırlamaq üçün həqiqi sarı çay əldə etmək lazımdır. Bu cür cay tam quqru və tam nəm olmur. Bu səbəbdən də onu sındırmaq olmur. Çaydanın içi ağ olmalıdır. Mütləq olaraq dəmləmə zamanı yumşaq sudan istifadə edilməlidir. Adambaşına 3 qram çay yarpağı götürülür. 50-70 dərəcə selsidə olan sudan istifadə edilir. Bu çay 3 dəfəyə dəm alır.