понедельник, 23 декабря 2013 г.

Şəkər çörəyi



2 yumurta
stəkan yarım şəkər tozu
2 xorək qaşığı xama
1 ədəd vanil
çay qasığının ucunda soda ( sirkədə öldürülür )
200 qram kərə yağı
un - aparan qədər
Bərk xəmir yoğrulur (ələ yapışmasın).Yumru formada əlinizin icində duzəldirsiniz və sobanin listlərinə yığırsınız.
Artıq bişənə yaxın bir yumurtanın sarısını sındırıb onların papaq formasında başlarına vurursunuz.

  Gülnar Səfərova

пятница, 20 декабря 2013 г.

Yay salatı

Ləvazimatlar:
Qaynadılmış kartof - 3 ədəd
Təzə xiyar - 3 ədəd
Təzə pomidor - 3 ədəd
Kahı -  1 ədəd
Yaşıl soğan  - 1 ədəd
Göyərti  - 1 dəstə
Qırmızı turp - 1 ədəd 

понедельник, 16 декабря 2013 г.

Yumurtanı neçə dəqiqə qaynatmaq lazımdır

Yəqin siz tez-tez yumurta qaynatmaqla səhər süfrənizi tərtib etməli olursunuz. Yumurtanı qaynatmaq isə heç də həmişə eyni nəticə vermir. Bunun üçün qaynatma vaxtını düzgün təyin etməlisiniz. Şəkildə yumurtanın neçə dəqiqə ərzində necə bişdiyi göstərilir. Çalişmaq lazimdır ki, yumurtanı soyuq suda qaynadasınız. Qabığı çatlamasin deyə bir az suya duz əlavə etmək lazımdır. Qabığının rahat soyulması üçün isə, qaynanmış yumurtanı soyuq suda bir az saxlamaq lazimdır. Adətə deyirlər ki, təzə yumurtanın qabığı pis soyulur. Bəs siz necə düşünürsünüz?
 Fikirlərinizi bizimlə bölüşməyinizi sizdən rica edirik. 

суббота, 14 декабря 2013 г.

İtburnu çayı

İtburnu
İtburnunun müxtəlif növləri Azərbaycanın dağ-meşə rayonlarında və kolluq yerlərində geniş yayılmışdır. Dərman məqsədilə meyvələrindən geniş istifadə olunur. Meyvələri adətən sentyabr – oktyabr aylarında toplanır və quruducularda 70 – 80 dərəcə temperaturda qurudulur. Meyvələrin rəngi çəhrayıdan parlaq qırmızı rəngə keçəndə onları toplamaq məsləhətdir. İtburnu meyvəsinin tərkibində C vitamini, karotin, B1, B2, K və P vitaminləri, kartoninoidlər, flavonoidlər, 18 % - ə qədər şəkər, 4 % aşı maddəsi, 3.7 % limon və alma turşuları, pektin maddələri, dəmir, manqan, fosfor, kalsium duzları və başqa maddələr vardır. Ona görə də itburnu meyvələrindən çox zəngin polivitaminli xammal kimi təbabətdə geniş istifadə olunur. İtburnu meyvələrindən dəmləmə, konsentar, şərbət və mürəbbə şəklində bir sıra xəstəliklərin müalicəsində məsələnə: skorbutun, C və P hipo – və avitaminozların, raxitin, qızıl yelin, qanazlığının, vərəmin, sidik və öd yolları xəstəliklərində genş istifadə edirlər. Bundan əlavə aterozklerozun, pinevmoniyaın, buronxial astmanaın , nefritlərin, hemorakik diatezin, hemofiliyanın, hipertireoozun və başqa xəstəliklərin müalicəsindədəitburnunun preparatları məsləhət görülür.

İtburnu çayı
 Ləvazimatlar:
2 xörək qaşığı qurudulmuş itburnu
Su
Hazırlanması:

İtburnu qurdulmuşu apteklərdə satılır. Əvvəlcə çaydanı qaynar su ilə yaxalayırıq. Sonra onu zəif odun üzərinə qoyuruq. Sonra çaydana 2 xörək qaşığı qurudulmuş itburnu çaydana tökülür. Çaydanın yarsına qədər qaynar su əlavə edlirir. 5 -10 dəqiqə gözlədikdən sonra qaynar suyu çaydanın ağzına qədər əlavə edirik. Az xodda dəm alır.

Mixəyli çay

Mixək
Bu bitki ortaboylu,həmişə yaşıl ağacdır.Onun qalın qabıqlı, parlaq-yaşıl rəngli yarpaqları və nəzəri cəlb edən qırmızı rəngli ətirli və gözəl çiçəkləri vardır. Mixək  tropik iqlimli bitkilərdəndir. Əsl vətəni Cənubu Asiya dır. Qiymətli olduğu üçün o hazırda bir sıra tropik ölkələrdə sənaye əhəmiyyətli bitki kimi geniş sahələrdə becərilir.Qədim misirlilər qızıl qolbağı və boyunbağını mixəyin çiçəkləri ilə bəzəyirmişlər.1521-ci ildə mixək bitkisini ilk dəfə təsvir edib, onun haqqında ətraflı məlumat verən alim Piqafetta olmuşdur.Bu ildən etibarən mixək bitkisinin bitklərindən ilk dəfə olraq efir yağı alınmışdır.Hazırda istər ətriyyat sənayesində, istərsə də dərman məqsədi ilə mixəyin ancaq çiçəklərindən istifadə olunur. Mixəyin çiçəklərini hələ qönçə ikən müvafiq qayçı ilə kəsib,toplayır sonra xüsusi quruducularda qurudurlar.Mixəyin tərkibində 17-20 % efir yağı və 20%-ə qədər aşı maddələri olur.Təbabətdə isə mixəyin efir yağından və əsas tərkib hissəsi olan evkenoldan,xəstə dişin müalicəsində onun iltibahını aradan qaldıran bitkidir, dezinfeksiyaedən və ağrıkəsən dərman kimi işlədilir.

Mixəyli çay

Ləvazimatlar:
0.5 çay qaşığı mixək
4 çay qaşığı qara çay
Su
Hazırlanması:

Əvvəlcə çaydanı qaynar su ilə yaxalayırıq. Sonra çaydana 4 çay qaşığı qara çay, 0.5  çay qaşığı mixək əlavə edirik. Sonra da çaydanı zəif odun üstünə qoyuruq və üstünə azca qaynar su əlavə edirik. Azca dəmləndikdən sonra çaydana ağızına qədər su tökürük. Beləliklə çay hazır olur.

Kəklikotu çayı

Kəklikotu
 Azərbaycanın subalp və alp çəmənliklərində, quru, daşlı, kirəcli  yerlərində, meşə-çöl yamaclarında bitir.Kəklikotundan  yeyinti və ətriyyat sənayesində, əczaçılıqda  istifadə edilir.
Yarpaqlarında  efir yağı, C vitamini, karotin və başqa maddələr vardır.Yarpağının duru ekstratı və dəmlənməsi  bəlğəmgətirici vasitə kimi işlədilir. Kəklikotu ot və balıqdan hazırlanan xörəklərdə işlədilir.Ondan çaya ətir vermək üçün də istifadə edilir.Kəklikoyunu qurudub, narın döydükdən sonra çay kimi dəmləyir, diş və boğaz ağrısında qarqara edirlər.

 Kəklikotu çayı
 Ləvazimatlar:
2 çay qaşığı kəklikotu
4 çay qaşığı qara çay
Su

Hazırlanması:
Əvvəlcə çaydanı qaynar su ilə yaxalayırıq. Sonra çaydana 4 çay qaşığı qara çay, 2 çay qaşığı kəklikoyu əlavə edirik. Sonra da çaydanı zəif odun üstünə qoyuruq və üstünə azca qaynar su əlavə edirik. Azca dəmləndikdən sonra çaydana ağızına qədər su tökürük. Beləliklə çay hazır olur.

четверг, 12 декабря 2013 г.

Uxa

Ləvazimatlar:
1.5 kq balıq
Yada 1.25 kq balıq əti
1.75 litr su
2 ədəd soğan
1 ədəd yerkökü
3 ədəd kartof
4-5 saplaq zəfəran
1 çay qaşığı duz
4 dilim limon
Hazırlanması:
Duzlanmış qaynar dördkünc kəsilmiş kartof, dilim – dilim kəsilmiş yerkökü, cəfəri, xırda doğranmış soğan tökülür, 10 dəqiqə zəif odda bişirilir. Əgər lazım gələrsə yenidən duzlanır. Oddan götürülmməmişdən əvvəl ona şüyüd və keşnş qatılır. Bir az qıraqda qalandan sonra limon tökülür.


Qarpız sukatı

Ləvazimatlar:
1 kq qarpız qabığı
1 kq şəkər tozu
3 stəkan su
Hazırlanması:
Su və şəkərdən şirə bişirilir. Formalı kəsilmiş qarpız dilimləri ( qabığı soyulur və qırmızı içi çıxarılır ) 5 – 10 dəqiqə suda bişirilir və kəfkirlə çıxarılıb şirəyə tökülür. 8 – 12 saat şirədə saxlanandan sonra 5 – 10 dəqiqə bişirilir və yenə qırağa qoyulur. Bu 3 dəfə təkrar olunur, qarpız dilimləri şəffaflaşandan sonra onlar kəfkirlə, şirədən aşsüzənə çıxarılır və şirəsi tamam süzüləndən sonra ya torun, ya da ələyin üstündə qurudulur. Bunları quru yerdə saxlamaq lazımdır.


Qat-qatlı kartof

Ləvazimatlar:
6 ədəd kartof
Süzmə qatıq-200 qram
Duz
İstiot
Mayonez-50 qram
Kərə yağı-50 qram
Göyərti-1 dəstə
Hazırlanması:
Əvvəlcə karofların qabığlarını soyuruq və yuyuruq.Sonra onları halqa-halqa doğrayırıq.Daha sonra isə göyərtiləri xırda-xırda doğrayırıq.Bir qab götürürük və içinə azca kərə yağı çəkirik. Sonra bir qat kartof, duz, istiot, süzmə qatıq və göyərti səpirik.Daha sonra yenə olduğu kimi edirik ancaq bu səfər süzmə qatıq yerinə kərə yağı əlavə edirik. Belə-belə edərək hazırlayırıq. Sonra dxovkaya qoyuruq və 20 dəqiqə kimi bışiririk.

Toyuq şorbası

Ləvazimatlar:
Adambaşına 150 qram qoyun əti
50 qram noxud
20 qram ərinmiş yağ
40 qram düyü
20 qram təzə alça yaxud alça qurusu
Keşniş, zəfəran, duz, istiot
Hazırlanması:
Təmizlənmiş yuyulmuş və ütülmüş toyuq suda bişirilir. Sonra çıxardılır və bulyona düyü, yağda qızardılmış soğan vurulub qaynadılır. Bəzən xörəyin hazır olmasına az qalmış  içinə qabaqca soyuq suda isladılaraq ayrıca bişirilmiş noxud, yuyulmuş alça qurusu, albuxara əlavə edilib duz vurulur. Sonra dilim şəklində doğranmış toyuq əti və xırda doğranmış şüyüd qatılaraq yenidən bir az qaynadılır.

Brovny

Ləvazimatlar:
4 ədəd yumurta
1 paket vanil
250 qram kərə yağı
1 çay qaşığı qabartma tozu
4 ədəd südlü şokolad
300 qram un
Duz
Hazırlanması:
Əvvəlcə şokaladları xırda-xırda doğrayırırıq və qazana əlavə edirik. Sonra onun üstünə kərə yağını əlavə edirik. 20 dəqiqə kimi qaynadırıq.Daha sonra yumurta və şəkər tozunu birlikdə çalırıq.Ayırıca bir qabda un,qabartma tozu,duz qarışımını hazırlayırıq və qarışdırırıq.Sonra hazırladığımız şokolad qarışımını un, duz, qabartma tozu qarışımının üstünə tökürük.Sonra listin içinə yağlı kağız  səririk və qarışımımızı əlavə edirik.20 dəqiqə bişiririk. Əslində Browny iki cür olur olur-biri içi azca yaş olan, biri isə quru olan. İkisidə çox ləzzətli olur.Browny bişdikdən sonra  onu kəsirik və servis boşqabına qoyuruq.İstəsəniz üstünə 1 qaşıq vanilli dondurma qoyuruq.

Boxçada pirizola

Ləvazimatlar:
10 ədəd mal ətinin qabırğa hissəsi(sümüklə birlikdə)
1 kq un
Su 0.5 litr
Duz,istiot
Sousu üçün:
Göyərti
Sarımsaq
Zəncəfil kökü
Nanə
Üstünə çəkmək üçün:
1 ədəd yumurtanın sarısı
Hazırlanması:
Əvvəlcə qabırğaları yuyuruq,sonra onları yaxşıca duzlayıb,istiotlayırıq və bir kənara qoyuruq. Sonra xəmirini hazırlayırıq. Bunun üçün un,duz,su qarışımından ibarət xəmir yoğururuq. Sonra onu açırıq.D aha onu kvadrat formada kəsirik.Sonra içinə qabırğaları qoyuruq və boxça kimi bükürük. Kənarlarına naxış da vura bilərsiniz. Sonra listini içinə yağlı kağız səririk və boxçalarımızı düzürük.Sonra üstünə yumurta sarısını çəkirik. Daha sonra isə sousumuzu hazırlayırıq. Göyərti, zəncəfil kökü, sarımsaq,nanəni şırə çəkən maına atıb,qatı sous halına gələnə kimi qarışdırırıq.yeməyimiz hazır olanda üstünə sousu əlavə edirik.

Pendirli börək

Ləvazimatlar:
Un-1 kq
Duz-1-çimdik
Su-1 stəkan
Maya-1 qaşıq
Yağ-1 stəkan
Yumurta-1 ədəd
Küncüt-zövqə görə
İçi üçün:
Pendir-200 qram
Şüyüd-1 dəstə
Hazırlanması:
Əvvəlcə un, duz, su, maya, yağ-dan ibarət xəmir yoğururuq. Sonra onu 1 saat acıdırıq. Xəmir acıyana qədər biz içini hazırlayırıq. Pendirləri xırda-xırda doğrayırıq. Sonra şüyüdü xırda-xırda doğrayırıq. Xəmir acıdıqdan sonra onu yayırıq. Daha sonra içinə içliyi qoyuruq və rulet kimi bükürük və romb forması kimi kəsirik. Sonra üstünə yumurta çəkirik və küncüt səpirik. Hamısını dxovkaya qoyuruq və 15-20 dəqiqə bişiririk.

среда, 11 декабря 2013 г.

Xəşil

Ləvazimatlar:
Adambaşına 100 qram buğda unu
25 qram ərinmiş yağ
4 qram doşab
Duz
Hazırlanmsı:
Qazana hər pay üçün 150 qram su tökülüb,duz qatılır və qaynadıldıqdan sonra tədricən içinə ələnmiş un vurulur və topaçlanmasın deyə yaxşı qarışdırılır. Qazanın qapağı örtülərək yenə 15 - 20 dəqiqə bişrilir. Tavada yağ əridilib, içinə doşab vurulur və qaynadılır.Süfrəyə verilən zaman xəşil boşqaba tökülür və ortasına doşab və yağ qarışığı tökülür.


Düyü ilə noxud şorbası

Ləvazimatlar:
Adambaşına 150 qram qoyun əti
25 qram düyü
10 qram ərinmiş yağ
Yarım baş soğan
20qram noxud
Təzə alça yaxud alça qurusu
Keşniş və şüyüd
Quru nanə
Duz, istiot
Hazırlanması:
Bu xörəyin hər payı üçün 2 -3 tikə qoyun əti qazana qoyulub üstünə soyuq su tökülür və ən azı 1 saat bişirilir. Alınmış bulyon süzgəcdən süzülür. Arırlanmamış noxud qabaqca 3 – 4 saat soyuq suda isladılıb yarımhazır vəziyyətə çatınca bişirilir. Həmin noxud və yuyulmuş düyü qaynar - qaynar bulyona tökülür, sonra yağda qızardılmış soğan, suda bişirilmiş ət və duz qatılıb bişirilir. Xörəyin hazır olmasına bir az qalmış yuyulmuş alça və yaxud alça qurusu əlavə edilir. Bu xörək süfrəyə veriləndə üstünə keşniş və şüyüd səpilir.

Tərəvəzli meyvəli salat

Ləvazimatlar:
Alma-5 ədəd
Çuğundur-1 ədəd
Kök-3 ədəd
Banan-3 ədəd
Şəkər tozu-2 qaşıq
Hazırlanmsı:
 Bunun üçün əvvəlcə alma,kök və çuğundurun qabıqlarını soyuruq.Sonar çuğundur və kökü yuyuruq.Daha sonra hamısını sürtkəcdən keçiririk.Sonra hamısını bir qaba tökürük və üstünə şəkər tozu əlavə edirik.Ən sonda bananları soyuruq və halqa-halqa doğrayırıq.Sonra hazırladığımız qarışımın üstünə əlavə edirik.


Darıdan oladyi

Ləvazimatlar:
0.5 qram darı sıyığı
2 ədəd yumurta
1 xörək qaşığı un
Hazırlanması:
Darıdan sıyıq bişirilir, soyuyandan sonra içinə yumurta, bir az un əlavə edilib qarışdırılır və xırda kökə formasına salınıb unda urvalanır və yağda qızardılır. Süfrəyə verilən zaman üzərinə xama tökülür.