Darıdan oladyi
Ləvazimatlar:
0.5 qram darı sıyığı
2 ədəd yumurta
1 xörək qaşığı un
Hazırlanması:
Darıdan sıyıq bişirilir, soyuyandan sonra içinə
yumurta, bir az un əlavə edilib qarışdırılır və xırda kökə formasına salınıb
unda urvalanır və yağda qızardılır. Süfrəyə verilən zaman üzərinə xama tökülür.