воскресенье, 19 августа 2018 г.

Xiyar turşusu

Ləvazimatlar:
xiyar-450qr
iri duz-2 xörək qaşığı
1dəstə-tərxun
1 diş sarımsağ
½ -soğan
iri dənəli istiot-27qr
dəfnə yarpağı-3ədəd
3 st sirkə
Hazırlaması:
Böyük bir qab götürün. İçinə orta dilimlər halında xiyarları tökün. Sonra duz və iri istiot dənələri qatın. Tərxunları və sarımsağıda doğrayıb, əlavə edin.Sonra üzərinə sirkə və ortadan bölünmüş soğan əlavə edin. Bir bankaya doldurun. Sonra qaynamağa qoyun.


понедельник, 2 сентября 2013 г.

Cücə plov

 Ləvazimatlar:
Şabalıd – 100 qram
Albuxara – 100 qram
Kişmiş – 100 qram
Qovrulmuş qoz – 100 qram
Düyü –  adambaşına 200 qram
Cücə - adambaşına 1 ədəd
Hazırlanması:
Əvvəlcə cücənin tükünü qopardib yuyuruq, duzlayırıq və pörtürük  sonra  içinə şabalıd, albuxara, kişmiş, qoz qovurub içinə tökürük. Sonra açıq olan yeri tikirik. Bir yanda ilıq suda dyünü isladırıq və qazana su töküb qaynadırq və düyünü süzüb qaba tökürük. Sonra qazana əvvəlcə yağı sonra isə cücəni qoyub üzərinə düyünü töküb dəmə qoyuruq.

 

суббота, 31 августа 2013 г.

 Qovurma plov

Qovurma plov

Ləvazimatlar:
Baş soğan – 2 dəstə
Şüyüd – 2 dəstə
İspanaq – 2 dəstə
Turşəng – 2 dəstə
Keşniş – 2 dəstə
Kərə yağı – 200 qram
Quzu əti ( dana əti ) – 500 qram
Hazırlanması:
Əvvəlcə əti xırda – xırda doğrayib pörtürük. Soğanı halqa şeklində doğrayiriq və tavaya əvvəl yağı sonra isə əti və soğanı 5 dəqiqə qovururuq. Sonra keşnişı, şüyüdü, turşəngini, ispanağı doğrayıb qovurmanın üzərinə tökürük və üzərinə limon suyu ( abqora ) əlavə edib qovururuq. İlıq suda dyünü isladırıq və qazana su töküb qaynadırq. Sonra süzüb qaba tökürük.


Pomidor çığırtması

Ləvazimatlar:

Soğan  - 2 ədəd
Pomidor - 2 ədəd
Yumurta - 2 ədəd
Yağ - 200 qram
Duz, istiot
Hazırlanması:
Pomidor və soğanı xıda - xırda doğrayırıq. Sonra pomidor və soğanı qovururuq. Sonra yumurtanı çalıb, tökürük.sonda 10 dəqiqə bişiririk.


 

Badımcan çığırtması

Ləvazimatlar:
Soğan - 2 ədəd
Pomidor - 2 ədəd
Yumurta - 2 ədəd
Badımcan - 2 ədəd
Yağ - 200 qram
Duz, istiot
Hazırlanması:
Soğanı qovururuq. Sonra badımcanı soyub, duzlayıb acılığını çıxartırıq, sonra yuyuruq, sonra badımcanı, soğanı, pomidoru doğrayıb, qovururuq. Sonra hamsını bir yerdə qızardırıq.

Mərci plov

Tərkibi:
Mərci – 200 qram
Düyü -1 stəkan
Duz -10 qram
Hazırlanması:
Mərcini 10-15 dəqiqə qaynadırıq. Sonra mərcini süzgəcdən keçiririk. Daha sonra qazanın dibinə yayma yayırıq.
Yaymanın resepti:
Yumurta - 1 ədəd
Qatıq - 0.5 stəkan
Duz - 1 çimdik
Hazırlanması:
Xəmiri yoğurub, yayma yayıb qazanın dibinə yağ atıb yaymanı qazana qoyuruq. Mərci ilə düyünü qarışdırıb, qazana tökürük. Üstunə zəfaran və yağ əlavə edib,15 dəqiqə dəmə qoyuruq.





пятница, 30 августа 2013 г.

Kələm dolması

 Ləvazimatlar:
Adambaşına - 500 qram ət
Soğan -1 ədəd
Düyü - 0.5 stəkan
Istiot və duz-zövqə görə
Kələm – 1 ədəd
Keşniş -1 dəstə
Şüyüd -1 dəstə
Hazırlanması:
Ət və soğanı ət maşınından keçiririk.sonra keşniş və şüyüdü ətə əlavə edirik. Kələmi isti suda pörtüb, içinə 1 xörək qaşığı hazırladığımız əti qoyuruq və qazana yığırıq. Üstünə 1 stəkan su töküb 10-15 dəqiqə qaynadırıq. İstəsəniz şərbət, istəsəniz pomidorla bişirə bilərsiniz.

Şüyüd plov

Ləvazimatlar
Düyü - adambaşına 1 stəkan
Şüyüd - 3 dəstə
Su - 2 litr
Duz
Zəfəran ( və ya sarıkök ) - 10 qram
Kərə yağı - 200 qram
Kartof - 1 ədəd ( iri )
Hazırlanması:
Qazanda su qaynadılır. Sonra içinə duz və düyünü tökürük, sonra isə onu 20 dəqiqə qaynadırıq. Sonra düyünü süzürük. Qazanın dibinə  əvvəlcə kərə yağı tökürük, sonra dilim - dilim doğranmış kartofu düzürük. Kartofun üzərinə azca duz tökürük. Daha sonra üstünə süzdüyümüz düyünü tökürük və üstünə zəfəran və kərə yağını töküb 20 dəqiqə dəmə qoyuruq.

Boranı plov

Ləvazimatlar:
Düyü – adambaşına 1 stəkan
Boranı – 200 qram
Zəfəran - 1 çimdik
Hazırlanması:
Əvvəlcə düyünü ilıq suda isladırıq (bişməzdən yarım saat əvvəl), qazana su töküb qaynadırıq. Sonra duz tökürük, sonra islatdığımız düyünün suyunu süzürük. Qaynayan suya töküb, 10 - 15 dəqiqə qaynadırıq. Sonra aşsüzəndən keçiririk. Sonra balqabağı dilim - dilim doğrayıb qazanın içinə əvvəl yağı sonra isə balqabağı düzürük. Daha sonra düyünü qazanın içınə tökürük. Üzərinə zəfəranı səpib dəmə qoyuruq. Nuş olsun!!!