вторник, 21 августа 2018 г.

Badımcan kürüsü (badımcan ikrası)

Tərkibi:
3 kq-badımcan,
1kq-sogan,
1, 5kq-pomidor,
1 kq- bolqar bibəri
1-2 ədəd acı bibər
qarğıdalı yağı -0.5 l
duz: 2 x/q (təxmini)
Hazırlanması:
1- bütün ərzaqlar temizlenmiş halda çəkilir və yuyulur
2- sogan soyulur maşından kecirilir və yağda adi qaydada qızardılır.
3- badımcanın qabığı soyulur və uzunsov formada doğranılır, duzlanılır, acı suyu çıxardılır
4- badımcan yağda qızardılır və maşından keçirilir
5- soganın üzərinə əlavə edilir. Qalan bütün ərzaqlar da maşından keçirilir və hazırladığımiz kütlənin üzərinə əlavə edilir .
6- vam odda bişirilir. tez-tez qarışdirilir ki, dib tutub yanmasın.
7- şüşə bankalar təmiz yuyulur,hazır kütlə bankalara tökülür və qapaqlarğ sadəcə üzərinə qoyulur bağlanılmır
8….45-dəqiqə bankalar qaynar suda qaynadılır və qapaqları bağlanılıb götürülür.
Qeyd:-Kütlənin rəngi deyişdikdv, suyu qalmadıqda və yağını buraxdıqda -bişmiş hesab olunur.

понедельник, 20 августа 2018 г.

Toyuq risotto


Ləvazimatlar:
Düyü-350qr
Soğan -2ədəd
Toyuq filesi- 400qr
sarı bibər-2ədəd
konservləşdirilmiş qarğıdalı-350qr
Toyuq suyu 1200ml
Holland pendiri- 100qr
Zeytunyağı -30 ml
zəfəran-1 çimdik
duz, istiot
Hazırlaması:
İlk öncə toyuq ətini yuyun və orda dilimlər formasında doğrayın. Soğanların qabığını soyun və xırda-xırda doğrayın. Sonra bibərləri doğrayın. Bir dərin tava götürün və içinə xırda doğranmış bibərləri və soğanı əlavə edib,qızardın. Soğanıar qızardıqdan sonra doğradığınız toyuq ətini əlavə edin. Bundan sonra zəfəran,duz,istiot qatın. Yemək hazırlanana yaxın konservləşdirilmiş qarğıdalı və düyünü əlavə edin. Azca bişirin və üzərinə zeytun yağı və ilıq su tökün. Bişməyə qoyun.

"Snikers" tortu ( Торт "Сникерс") - Resept 1

Snikers tortunu necə hazırlamaq olar?
Resept1
Snikers tortu demək olar ki, bütün ölkələrdə sevilən və məşhur olan tortlardan sayılır. Tərkibində araxis, şokolad və karamel olan bu şirniyyatı evdə hazırlamaq çoxda çətinlik törətmir. Beləki,  bütün insanlar karamelli, araxisli, şokoladlı şirniyyatları xoşlayırlar. Amma bunun hazırlanma qaydası zövqlərə uyğun olaraq müxtəlifdir.


Sadə snikers tortunu hazırlamaq üçün bizə aşağıdakılar lazım olacaq:

-1 stəkan ələnmiş un
-1 stəkan şəkər tozu
-5 ədəd yumurta
-100 qram şokolad
-2 yemək qaşığı süd
-2 çay qaşığı qabartma tozu
-vanil

Snikers tortunu hazırlamaqdan ötrü bizə iki cür krem hazırlamaq lazımdır.
Birinci kremi hazırlamaq üçün bizə aşağıdakılar lazım olacaq:
-400 qram qaymaq(сливки)
-2 yemək qaşığı şəkər tozu

İkinci kremi hazırlamaq üçün bizə aşağıdakılar lazım olacaq:
-qatılaşdırılmış süd bankasının yarıdan bir az çoxu(2/3 hissəsi)
-100 qram şit yağ
-100 qram araxis

Həmçinin tortumuzun üstünü bəzəmək üçün bizə qlazur lazım olacaq. Qlazurun hazırlanması üçün bizə aşağıdakılar lazımdır:
-2 yemək qaşığı süd
-100 qram şokolad

İndi isə tortun hazırlanma qaydası ilə tanış olaq.
Yumurtaların ağını sarısından ayırırıq. Sonra yumurtaların sarısını şəkər tozu və vanil əlavə etməklə qarışdırırıq. Ayrıca qabda südü şokolad dilimləri ilə birlikdə buxar qazanında duru məhlul əmələ gələnə qədər qarışdırırıq. Sonra bu qarışığa yumurta sarıları qarışdırılmış məhlulu əlavə edirik və yaxşıca qarışdırırıq. Daha sonra yumurtaların ağlarını köpüklənənə qədər ayrıca qabda çalırıq və qarışdırdığımız məhlulun üzərinə əlavə edirik. Yenə də yaxşıca qarışdırırıq.

İndi isə bu məhlula un əlavə etməyin vaxtı çatıb. Unu ələyirik və üzərinə qabartma tozunu əlavə edərək yaxşıca qarışdırırıq. Sonra isə bu qarışığı əvvəlcə hazırladığımız qarışığa əlavə edirik. Hamsını birlikdə yaxşıca qarışdırdıqdan sonra 10-15 dəqiqəlik kənarda saxlayırıq. Bu vaxt ərzində isə tort üçün formanı götürürük, divarlarını yağla sürtüb üzərinə azacıq un səpirik ki, yapışmasın. Sobanı 180 dərcəyə qədər qızdırırıq. Əldə etdiyimiz xəmiri tort formasının içinə tökərək 30-40 dəqiqəlik vaxtla sobaya bişməyə qoyuruq. Bu bişim hazır olduqdan sonra onu sobadan çıxarıb soyumağa qoyuruq. Soyuduqdan sonra isə iki və ya üç hissəyə bölürük.

Bilməlisiniz ki, tort üçün hazırlanan kremlər, tort dilimlərinin üzərinə və hazır olandan sonra isə tortun üstünə də çəkilməlidir. Əgər tortunuz iki və ya üç hissədən ibarətdirsə, hazırladığınız kremləri müvafiq olaraq iki və ya üç hissəyə bölün. Bir hissəsini hazır tortun üstünə əlavə etmək üçün saxlayın. O biri hissələrini isə hər bir dilimin üstünə çəkmək üçün saxlayın.

Tortun iç kremini hazırlamaq üçün:
-Əvvəl birinci hazırladığımız kremdən istifadə edirik. Bunun üçün qaymaq və şəkər tozunu qarışdırırıq, alınmış məhlulu iki hissəyə bölünmüş tort dilimlərinin üzərinə yaxırıq.


-Daha sonra ikinci hazıladığımız kremdən istifadə edirik. Bunun üçün qatılaşdırılmış südü,  yumşaldılmış kərə yağını və araxisi birlikdə qarışdırırıq. Bu qarışığı əvvəlcə çəkdiyimiz qarışımın üzərinə tökürük. Bişmiş tort dilimlərini üst-üstə qoyuruq, üzərinə artıq qalmış kremlərimizdən əlavə edirik. Bunun üzərinə isə hazırladığımız qlazuru tökürük. 

Qlazuru buxar hamamı deyilən şəraitdə eyni cinsli məhlul alınana qədər od üzərində qızdırırıq, soyuduqdan sonra isə hazırladığımız tortun üst hissəsinə - kremin üstünə əlavə edirik. Artıq qalmış araxisləri, şokoladları və digər qırıntıları üzərinə əlavə edirik. Beləliklə bizim snikers tortumuz hazırlanmış olur. 

"Snikers" tortu ( Торт "Сникерс") - Resept 3

Snikers tortunu necə hazırlamaq olar?
Resept3
Ev üsulu snikers tortunu hazırlamaq doğurdanda xüsusi zövq tələb edir. Biz sizə bildirmək istəyirik ki, bu snikers tortunu bişirmək lazım deyil. Çünki, biz bu tortda peçenyelərdən istifadə edəcəyik. Qaynadılmış şokolad yerinə isə biz qlazurdan istifadə edəcəyik. Bu reseptlə hazırlanmış tortu istədiyiniz kimi bəzəyə bilərsiniz, hətta üzərinə xırda-xırda kəsilmiş və ya kiçik  meyvələrdən də qoya bilərsiniz. Bu tamamilə sizin zövqünüzə qalıb.


Bu snikers tortunu hazırlanması üçün aşağıdakılar lazımdır:
-1 kq xırda ovulmuş peçenye
-1 banka qatılaşdırılmış süd
-1 stəkan xırdalanmış araxis və ya qoz
-250 qram kərər yağı
-1 pletka şokolad
Yumşaldılmış kərə yağını ağarana qədər qarışdırırıq. Sonra isə bu yağa az-az qatılaşdırılmış süd əlavə edərək qarışdırmağa davam edirik. Nəhayətdə siz dadlı-ağ krem əldə etmiş olacaqsınız.
Xırda ovulmuş peçenyeləri ayrıca qabda xırda doğranmış qoz və ya araxis ilə birlikdə qarışdırırıq. Bu qarışımı iki hissəyə bölürük:
-Birinci hissəni kremə əlavə edib yaxşıca qarışdırırıq.
-İkinci hissəni də bu qarışıma əlavə edə-edə qarışdırırıq.
Əgər hiss etsəniz ki, qatışıq çox duru alınır, onda bu qarışığa biraz da əlavə  peçenye və qoz əlavə edə bilərsiniz. Nəticə etibarı ilə siz, yarımbərk xəmir alacaqsınız.

Əldə etdiyiniz bu qarışımı formaya tökərək bir neçə saatlıq soyuducuya qoymaq lazımdır. Bu zaman ərzində şokoladı buxar hamamında əridirik. Məhlul soyuduqdan sonra soyuducudan çıxararaq bir neçə hissəyə bölürük. Hər hissənin arasına şokolad çekərək üst-üstə yığırıq. Hazırlanmış tortun üzərinə qlazur əlavə edərək üstünə qoz, araxis və peçenye qırıntıları tökməklə bəzəyirik.

"Snikers" tortu ( Торт "Сникерс") - Resept 4

Snikers tortunu necə hazırlamaq olar?
Resept4
Beze ilə Snikers tortuDigər snikers tortlarından fərqlənir. Bu tortun tutumu olduqca çoxdur. Üstəlik bu tortun xəmiri zəhmət tələb edir. Bütün bunlara baxmayaraq nəhayətdə siz dadlı, ləzzətli və doyuran tort əldə etmiş olacaqsınız. Yumurtanın çox olması tortun köpməsinə və lətif olmasına səbəb olacaq.
Beze ilə snikers totunun hazırlanması üçün bizə aşağıdakılar lazımdır:
-2 stəkan un
-12 ədəd yumurta
-2 stəkan yarım şəkər tozu
-yarım stəkan süd
-yarım stəkan bitki yağı
-1 paçka vanil
-3 yemək qaşığı kakao
-1 paçka qabartma tozu
-150 qram kərə yağı
-150 qram qovrulmuş araxis
-1 banka qatılaşdırılmış süd
Bezenin hazırlanması:
Bezeni hazırlamaq üçün əvvəlcə biz 5 ədəd yumurta götürürük. Bu yumurtaların ağını sarısından ayırırıq. Yumurtaların ağına şəkər tozu əlavə edib, mikserlə qarışdıraraq beze əldə edirik. Sonra bu bezeni soba tavasina əvvəlcədən qoyduğumuz yağlı kağızın üstünə tökürük. Əvvəlcədən aşağı tempraturda qızdırılmış sobaya qoyaraq bir saat yarım vaxta qədər aşağı temperaturda bezeni bişiririk. Beze bişdikdən sonra sobanı söndürürük. Bu zaman beze sobadan çıxarılmamalıdır. Bezeni sobada 12 saat(yaxşı olar ki, səhərə qədər) saxlayırıq. Bu ona görə edilir ki, beze yaxşıca qurusun.
İndi isə 7 ədəd yumurtanı götürürük, üzərinə şəkər tozu, vanil və süd əlavə edərək ağ məhlul alınana qədər mikserlə çırpırıq. Sonra bu məhlula kakao əlavə edirik. Bir az qarışdırdıqdan sonra isə bitki yağını əlavə edib qarışdırırıq. Daha sonra unu ələyərək qabartma tozu ilə qarışdırırıq. Bu undan hissə-hissə götürərək əldə etdiyimiz məhlulun üstünə əlavə edirik. Alınmış xəmiri yaxşıca yoğurub soba tavasına yerləşdiririk. Soba tavasını əvvəlcədən yağla yağlamaq və sobaya yerləşdirmək məsləhət görülür. Soba tavası yandırıcı yox, isti olmalıdır. Məhlulu soba tavasına töküb sobaya qoyuruq. 150 dərəcədə 40 dəqiqə ərzində bişiririk. Tort bişdikdən sonra onu sobadan çıxarıb soyuduruq. Soyumuş tortu dilimlərə - iki və ya üç hissəyə bölürük.
Qatılaşdırılmış südü qaynar suda qızdırırıq və kərə yağı ilə qarışdırırıq. Nəticədə ağ rəngli dadlı krem alınacaq. Daha sonra bu kremi kəsilmiş tort dilimlərinin üzərinə çəkirik və onları üst-üstə yığırıq. Alınmış tortun üzərinə yenə də krem çəkib araxislə bəzəyirik. Bu tortun üzərinə istəsəniz qlazur da əlavə edə bilərsiniz.


воскресенье, 19 августа 2018 г.

Kokteyl

Ləvazimatlar:
(1 nəfər üçün)
100qr-buz
100 qr-şəkər tozu
30ml-alma suyu
dondurulmuş çiyələk-150qr
Hazırlaması:
Bir blender götürün.İçinə çiyələktöken.Çiyələkləri püre halına gələnə kimi qarışdırın.Sonra alma suyu əlavə edin. Sonra şəkər tozu və buz qatın. Soyuducuda saxlayın.


Xiyar turşusu

Ləvazimatlar:
xiyar-450qr
iri duz-2 xörək qaşığı
1dəstə-tərxun
1 diş sarımsağ
½ -soğan
iri dənəli istiot-27qr
dəfnə yarpağı-3ədəd
3 st sirkə
Hazırlaması:
Böyük bir qab götürün. İçinə orta dilimlər halında xiyarları tökün. Sonra duz və iri istiot dənələri qatın. Tərxunları və sarımsağıda doğrayıb, əlavə edin.Sonra üzərinə sirkə və ortadan bölünmüş soğan əlavə edin. Bir bankaya doldurun. Sonra qaynamağa qoyun.


Sarımsaq soslu mal əti


Ləvazimatlar:
250qr mal əti 
mayonez 150qr
4 diş sarımsaq
duz, istiod və digər baharatlar
Hazırlaması:
Ət yaxşıca yuyulur. Ayrı bir qazan götürülür içinə su tökülür, su qaynayana yaxın ət ora atılır və ət yaxşıca qaynadılır. Sarımsaq kiçik-kiçik doğranılır və qaynadılmış ətin üzərinə tökülür. Ət qaba qoyulur üzərinə azca mayonez tökülür və digər baharatlar üzərinə əlavə olunur.

Sobada kartof qızartması

Levazimatlar:
4 ədəd  kartof
1/4 stəkan zeytun yağı
1/4 çay qaşığı duz
1/4 çay qaşığı sarımsaq tozu
1/4 çay qaşığı bibər tozu
1/4 çay qaşığl istiot
2 xörək qaşığı xırda doğranmış cəfəri
1/4 stəkan rəndələnmiş parmesan pendiri
2 stəkan buz
Hazırlanma qaydası:
Kartofları yaxşıca yuyun və yarımay şəklində doğrayın. Dərin bir qaba su və buz tökün, üzərinə kartofları əlavə edin. 30 dəqiqə kənarda saxlayın, daha sonra kağız salfetlə kartofları qurulayın.
Soba paketinə duz, sarımsaq tozu, istiot, bibər tozu tökün. Kartofları da əlavə edib paketi bağlayın və silkələyin. Daha sonra zeytun yağı əlavə edin və yenidən yaxşıca silkələyin, kartoflar qarışığa yaxşı bulansın.
Yağlı kağız sərilmiş soba sinisinə kartofları yanbayan düzün. Əvvəlcədən 230 dərəcə qızdırılmış sobada 40-50 dəqiqə qızaranadək bişirin.Bir qabda xırda doğranmış cəfəri və rəndələnmiş parmesan pendirini qarışdırın. Sobadan götürdüyünüz kartofları pendirli qarışığa bulayın. Arzu etdiyiniz souslarla süfrəyə verə bilərsiniz.

среда, 18 февраля 2015 г.

vanilli keks

Ləvazimatlar:
1 stəkan qatıq
250qr yağ
3 ədəd yumurta
1 stəkan yarım şəkər tozu
3 stəkan un
vanil 1 paket
qabartma tozu 1 paket
Hazırlanması:
Bir qab götürülür. Şəkər tozu, yumurta, qatıq, yağ, un, vanil və qabartma tozu o qaba tökülür. Hamsı birlikdə yaxşıca qarışdırılır. Daha sonra soba 180C qızdırılır. Hazırladıgımız keks xəmiri sobaya qoyulur 25-30 dəqiqə ərzində yaxşıca bişirilir və bişdikdən sonra çayla süfəyə verilir.

суббота, 14 февраля 2015 г.

pendir ilə karides salatı

Ləvazimatlar:
2 pors üçün
100qr karides
bərk pendir 100qr
təzə çörək 1 dilim
dərə otu 2 dəstə
2 kiçik xiyar
2 ədəd marul yarpağı
1ədəd armud
1 yemək qaşığı fındıq yağı
yoxdusa zeytun yağı da olar.
Hazırlanması:
Təmiz karideslər qaynadılır. Ayrı bir qabda pendir rəndələnir. Çörək dilimi kublar şəklində kəsilir və sobada qızardılır.  Xiyar da kublar şəklində kəsilir vıə sobada azca qurudulur. Dərəotu doğranılır və penidir ilə qarışdırılır. Daha sonra bütün ləvazimatlar hamsı yaxşıca qarışdırılır. Üzərinə duz səpilir və azca gözlədilir. Daha sonra süfrəyə verilir.