понедельник, 20 августа 2018 г.

Toyuq risotto


Ləvazimatlar:
Düyü-350qr
Soğan -2ədəd
Toyuq filesi- 400qr
sarı bibər-2ədəd
konservləşdirilmiş qarğıdalı-350qr
Toyuq suyu 1200ml
Holland pendiri- 100qr
Zeytunyağı -30 ml
zəfəran-1 çimdik
duz, istiot
Hazırlaması:
İlk öncə toyuq ətini yuyun və orda dilimlər formasında doğrayın. Soğanların qabığını soyun və xırda-xırda doğrayın. Sonra bibərləri doğrayın. Bir dərin tava götürün və içinə xırda doğranmış bibərləri və soğanı əlavə edib,qızardın. Soğanıar qızardıqdan sonra doğradığınız toyuq ətini əlavə edin. Bundan sonra zəfəran,duz,istiot qatın. Yemək hazırlanana yaxın konservləşdirilmiş qarğıdalı və düyünü əlavə edin. Azca bişirin və üzərinə zeytun yağı və ilıq su tökün. Bişməyə qoyun.

воскресенье, 19 августа 2018 г.

Sarımsaq soslu mal əti


Ləvazimatlar:
250qr mal əti 
mayonez 150qr
4 diş sarımsaq
duz, istiod və digər baharatlar
Hazırlaması:
Ət yaxşıca yuyulur. Ayrı bir qazan götürülür içinə su tökülür, su qaynayana yaxın ət ora atılır və ət yaxşıca qaynadılır. Sarımsaq kiçik-kiçik doğranılır və qaynadılmış ətin üzərinə tökülür. Ət qaba qoyulur üzərinə azca mayonez tökülür və digər baharatlar üzərinə əlavə olunur.

воскресенье, 8 февраля 2015 г.

Marine olunmuş qırmızı ət


Ləvazimatlar:
3st- su
Alma sirkəsi-3 st
0.3 st-şəkər tozu
Limon-1ədəd
Soğan- 4baş
dəfnə yarpağı
duz,istiot
Hazırlaması:
Bir qabda su, sirkə, şəkər tozu, dilimləşmiş limon ,soğan, zəncəfil, dəfnə yarpağı, duz, istiot əlavə edib, yaxşıca qarışdırın. Sonra qırmızı əti hazırladığınız məhlula qatın. Üzərini yaxşıca məhlula örtün. Sonra otağ tempraturunda saxlayın.Bundan sonra ətdən rahatca istifadə edə bilərsiniz.

суббота, 31 января 2015 г.

Yahni


Ləvazimatlar:
Soğan- 1baş
yerkökü- 1 ədəd
mal əti-500qr
100ml- pomidor suyu
3 yemək qaşığı -quru üzüm
keşnis-1dəstə
Darçın tozu- 1 çay qaşığı
Badımcan- 2 ədəd
Pomidor- 2ədəd
duz,istiot
Hazırlaması:
Bu yemək türk mətbəxinin ən gözəl və dadlı yeməklərindən biridir. Bunu müxtəlif üsullarla hazırlaya bilərsiniz. Bu yahnini hazırlamaq üçün bütün tərəvəzləri yuyun, qabığlarını soyun. Sonra mal ətini götürün,duzlayıb,istiotlayın. Sonra pomidorları, badımcanları, yerkökünü və soğanları xırda-xırda doğrayın. Bir qazana yağ əlavə edib, ilk öncə soğanları qovurun. Sonra digər tərəzvəzləri əlavə edin. Bunların hamsını yaxşıca qovurun.Üzərinə duz, istiot, darçın əlavə edin. Ən sonda pomidor suyu qatın.yahni hazırdır.

четверг, 29 января 2015 г.

Toyuq Nuggets


Ləvazimatlar:
toyuq əti-500qr
Yumurta-2ədəd
pendir-0,5 qr
un-05qr
bitki yağı
duz,istiot
Hazırlanması:
İlk öncə toyuq ətininin döş ətini kəsin sonra
iliq suda yuyub, qaynadın. Sonra onu yaxşıca
duzlayıb, istiotlayın. Üzərinə çalınmış yumurta
əlavə edin. Ən sonda üzərinə pendir rəndələyin və
bitki yağında qızardın. Qızardıqdan sonra
yanında pomidor və ya qızardılmış kartofla
servis edə bilərsiniz.

вторник, 27 января 2015 г.

Fransız üsülü toyuq əti


Ləvazimatlar:
Mayanez- 400qr
Pendir -200qr
Kartof -6ədəd
Konservləşdirilmiş qarğıdalı-  1qutu
Toyuq filesi-3ədəd
Soğan -3ədəd
Hazırlaması:
Soğanların qabını soyun və halqa-halqa doğrayın. Sonra toyuq filesini orta boyda kəsin. Bir tava götürün və içinə azca yağ tökün.Yağ tökdükdən sonra içinə toyuq ətini və üzərindən soğanları yerləşdirin. Üzərinə kartof duz,istiot əlavə edin. Sonra sobayı qızdırın.Bundan sonra tavaya konservləşdirilmiş qarğıdalı və mayanez əlavə edin.
Ən sonda üzərinə pendir rəndələyin.

Fransız üsülü toyuq əti

Fransız üsülü toyuq əti

Ləvazimatlar:
Mayanez -400qr
Pendir- 200qr
Kartof -6 ədəd
Konservləşdirilmiş qarğıdalı- 1qutu
Toyuq filesi- 300qr
Soğan -3ədəd
Hazırlaması:
Əvvəlcə soğanlarının qabığlarını soyun və halqa-halqa doğrayın. Sonra toyuq ətini yuyun və orta boy kəsin. Bir tava götürün və içinə yağ tökün, sonra toyuq ətini yerləşdirin. Üzərinə soğan halqalarını əlavə edin. Onunda üzərindən konservləşdirilmiş qarğıdalı səpin. Kartofarın qabığını soyun və halqa-halqa doğrayın. Sonra doğradığınız kartofları qarğıdalının üstünə əlavə edin. Sonra duz, istiot qatın.Ən sonda mayanez və pendir kəsin əlavə edin .Sobada bişirin.

воскресенье, 25 января 2015 г.

Narlı toyuq əti


Ləvazimatlar:
Toyuq əti - 1/2ədəd
Soğan - 1/2ədəd
Yerkökü - 1ədəd
Pomidor- 3ədəd
Sarımsaq - 5diş
Qoz- 10ədəd
Nar- 50 gr
cəfəri-1dəstə
Şəkər tozu-1qaşıq
duz,istiot
Hazırlanması:
Toyuğu yuyun və hissələrə ayırın. Soğanları və yerkökününun qabıqlarını soyub halqa-halqa doğrayın.Üzərinə pomidor, toyuq, əlavə edib qızardın. Dad üçün duz,istot və qoz əlavə edin.Yemək hazır olana yaxın üzərinə cəfəri və nar səpin .Ən sonda şəkər tozu qatın.


суббота, 24 января 2015 г.

Doldurulmuş toyuq

Ləvazimatlar :
4 toyuq budu
200qr göbələk
1 ədəd soğan
1 ədəd yumurta
Göyərti 5 dəstə
Bitki yağı 30 ml
duz, istiod
Mayonez 70qr
Hazırlanması :
Soğan və göbələk kiçik kiçik doğranılır. Yumurta qaynadılır. Tava qızdırılır,  tavada soğan
və göbələk qızardılır. Daha sonra toyuq budu tavada
qızardılır. Üzərinə duz, istiod, və qaynadılmış
yumurta tökülür. Göbələk, soğan, bitki yağı, və
doğranmış göyərti tavaya əlavə olunur. Hamsı birliktə bişirilir.
Bişdikdən sonra süfrəyə verilir.

воскресенье, 18 января 2015 г.

Qoyun əti ananas və pendir ilə

Ləvazimatlar:
500 qr-Qoyun əti
Ananas -1 ədəd
 Pendir 200qr
duz.istiot
qırmızı bibər tozu
Hazırlaması:
Qoyun ətini incə dilimlər formasında kəsin. Sonra onun hər tərəfini duzlayıb, istioitlayın, arxasına azca qırmızı bibər tozu səpin. Sonra onu soba listinə yerləşdirin və üzərinə qoyun ətini hansı formada kəsmişdinizsə elə formada kəsib üzərinə yerləşdirin. Bundan sonra onu sobada 20-30 dəqiqə bişirin. Bu müddədtən sonra sobadan çıxarıb üzərinə pendir qoyun və yenidən bişirin. Sobadan çıxartdıqdan sonra üzərinə istəsəz zeytun və ya çaytikanı ilə servis edə bilərsiz.



Küncütlü toyuq budu

Ləvazimatlar:
Toyuq budu-6 ədəd
Küncüt-4 yemək qaşığı
Soya sousu-5 yemək qaşığı
Şəkər tozu-1 çay qaşığı
Bitki yaği-2 yemək qaşığı
duz,istiot
Hazırlaması:
Toyuğun budlarını götürn və soyuq suda yuyun. Yuduqdan sonra onları duzlayıb, istiotlayın. Ayrı bir qabda soya sousu və şəkər tozunu qarışdırın. Toyuq budlarını bu sousa batırn, sonra küncütə bulayıb bitki yağında yaxşıca qızardın. İstəsənız yanında qızardılmış
 kartof yaxud qaynadılmış sadə makaronla servis edə bilərsiniz.


суббота, 17 января 2015 г.

Fransız üsülu toyuq


Ləvazimatlar:
Mayanez 400qr
Pendir- 200qr
Kartof-6ədəd
Konservləşdirilmiş qarğıdalı-1qutu
Toyuq əti-300qr
Soğan 3 ədəd
Hazırlaması:
Soğanının qabuğunu soyun və halqa-halqa doğrayın.Sonra doğradığınız soğan halqaları boyda toyuq əti kəsin və üzərinə qoyun. Bunun da üzərinə konservləşdirilmiş qatğıdalı,mayonez əlavə edin. Dilimlər halıda kartof kəsin və mayonez çəkib üzərinə qoyun.Ən sonda kartof dilimlərinin üzərinə pendir rəndələyin, qızarana qədər bişirin.

вторник, 6 января 2015 г.

Quzu qaburğa

Ləvazimatlar:
Quzu qaburğa-500qramSoğan 500qram
Bitki yaği-300ml
Kartof3ədəd
duz,istiot,kimyon
təzə nanə-1dəstə
qurudulmuş qırmızı bibər tozu
Hazırlaması:
Bir tava götürün və içinə bitki yaği tökün və qızmasını gözləyin. Quzu qaburğalarını yüksək alovda qızardın. Sonra işinə duz, istiot, kimyon, bibər tozu səpin. Soğanların qabuğunu soyun və halqa-halqa doğrayın və tavaya əlavə edin. Kartofların qabuğunu soyun və kub-kub doğrayın. Sonra həmin tavaya əlavə edib qızardın.



понедельник, 5 января 2015 г.

Quzu ətindən qızartma

Ləvazimatlar:
Quzu qaburğası 1kg
Soğan 500qr
Bitki yağı 300ml
istiod,duz,nanə
Hazırlanması:
Tavaya yağ tökülür. Tava tam qızdıqda quzu qaburğaları tavaya qoyulur və qızardılır. Üzərinə duz, istiod səpilir. 30 dəqiqə ərzində tavanın ağzında qapaq olan şəkildə qızardılır. Daha sonra soğan üstünə tökülür. Sonra süfrəyə verilir.

воскресенье, 4 января 2015 г.

Xırçıldayan toyuq çubuqları

Ləvazimatlar:
(4nəfər üçün)
 500q toyuq filesi
1 yemək qaşığı üyüdülmüş suxari
0.5 qram qatıq
3 yemək qaşığı küncüt
2 diş sarımsağ
2 çay qaşığı  şirin qırmızı bibər tozu
duz,istiod

Hazırlanması:
Toyuğun döş ətini götürün və 2-3 sm qalınlığında issələrə ayırin.
Sonra suxari,küncüt,qırmızı bibər,duz və istiod əlavə edin
Sonra sarımsağı qatıgla qarışdırıb əlavə edin
Daha sonra qatığa batırılmış toyuq çubuqlarını suxarıye batırın.Sonra bunları bitki yağında qızardın.Bişdikdən sonra ketşup və təzə səbzələrlə servis edin.



Sosiskalı Spagetti

Ləvazimatlar
Spagetti -100 qr
Halal Sosiska -5 ədəd
Duz,istiod

Sosusu üçün:
Tomat pastası-2 xörək qaşığı
duru yağ-05qram
duz,istiod
acı ketçup-1x örək qaşığı
şirin ketçup 2 xörək qaşığı

Hazırlaması:
Əvvəlcə sosiskaları qaynadırıq.Təxminən 2-3 dəqiqə.Daha sonra sosiskaları 2-3 hissəyə ayırırığ.Sonra spagetini orta uzunluğda qırırıq və sasislaların içinə batırırıqvə duzlayıb,istiodlayırıq.Sonra qazana azca duz əlavə edirik və spagettili sosiskaları atırıq 5-10 dəqiqiə kimi qaynadırıq.Sonra bunları hazırladığınız sousa batırıb servis edə bilərsiniz.

пятница, 17 января 2014 г.

Qoyun ətindən buğlama

Ləvazimatlar:
Adambaşına 150 qram qoyun əti
20 qram xırda lobya
250 qram balqabaq
20 qram ərinmiş yağ
1 ədəd soğan
10 qram şəkər tozu
Keşniş, şüyüd, duz və istiot
Hazırlanması:
Qoyun əti xırda sümükləri ilə birlikdə 25-30 qramlıq tikələrə doğranır, duzlanr və qızdırılmış tavada yağ içində qızardılır. Sonra bunun içinə  doğranmış baş soğan, bulyon, yuyulmuş və əvvəlcədən suda isladılmış alça qurusu qatılıb, öz buğunda bişirilir. Suda isladılmış lobya ayrıca olaraq yarım hazır vəziyyətə gəlicə bişirilib həmin ətə qatılır. Balqabaq soyulub doğranır və lobya ilə qızardılmış ətə əlavə edilir. Sonra bunun içinə şəkər tozu tökülür, 20-30 dəqiqə qapağı örtülü qabda öz buğunda bişirilir. 

четверг, 12 декабря 2013 г.

Boxçada pirizola

Ləvazimatlar:
10 ədəd mal ətinin qabırğa hissəsi(sümüklə birlikdə)
1 kq un
Su 0.5 litr
Duz,istiot
Sousu üçün:
Göyərti
Sarımsaq
Zəncəfil kökü
Nanə
Üstünə çəkmək üçün:
1 ədəd yumurtanın sarısı
Hazırlanması:
Əvvəlcə qabırğaları yuyuruq,sonra onları yaxşıca duzlayıb,istiotlayırıq və bir kənara qoyuruq. Sonra xəmirini hazırlayırıq. Bunun üçün un,duz,su qarışımından ibarət xəmir yoğururuq. Sonra onu açırıq.D aha onu kvadrat formada kəsirik.Sonra içinə qabırğaları qoyuruq və boxça kimi bükürük. Kənarlarına naxış da vura bilərsiniz. Sonra listini içinə yağlı kağız səririk və boxçalarımızı düzürük.Sonra üstünə yumurta sarısını çəkirik. Daha sonra isə sousumuzu hazırlayırıq. Göyərti, zəncəfil kökü, sarımsaq,nanəni şırə çəkən maına atıb,qatı sous halına gələnə kimi qarışdırırıq.yeməyimiz hazır olanda üstünə sousu əlavə edirik.