четверг, 10 октября 2013 г.

Əncir mürəbbəsi

Ləvazimatlar:
Əncir – 1 kq
şəkər – 1 kq
limon turşusu – 1 q
vanilin – 0,5 q
Hazırlanmsı:
Əncir mürəbbəsi bişirərkən,əncirlər yuyulur qabığı soyulur və süzgəcdən  suyu süzüləndən sonra şirə bişirilib,meyvələri qaynar şirəyə tökülür və bişirilir.
Şirə hər kq meyvəyə 750 qram şəkər tozu və 1 st su dan bişirilir.Bu mürəbbəsniu susuz da bişirmək olar.Bunun üçün qabığı soyulmuş əncirin üstünə şəkər tozu (1 kq meyvəyə 750 qram şəkər tozu)tökülüb,4-5 saat saxlanılır.Meyvələr şirə buraxandan sonra va odda bişirilir.Əncir mürəbbəsin hazır olmasına az qalmış mütləq limon turşusu tökmək lazımdır.

Çiyələk mürəbbəsi

Tərkibi:
0.5 kq çiyələk
0.5 kq şəkər tozu

Hazırlanması:
Çiyələk  mürəbbəsi susuz bişirilir. 
Əvvəlcə moruqlar təmizlənir. 
Daha sonra yuyulur və suyu süzülür.
Sonra üstünə şəkər tozu tökülüb 5 - 6 saat gözlədilir ki, şəkər tozunu canına çəksin. .
Daha sonra zəif odda bişirilir.
Üzərindəki kəflər kəfkirlə yığılır.

Moruq mürəbbəsi

Tərkibi:
1 kq moruq
1 kq şəkər tozu

Hazırlanması:
Moruq mürəbbəsi susuz bişirilir. 
Əvvəlcə moruqlar təmizlənir. 
Daha sonra yuyulur və suyu süzülür.
Sonra üstünə şəkər tozu tökülüb 5 - 6 saat gözlədilir ki, şəkər tozunu canına çəksin.
Daha sonra zəif odda bişirilir.
Üzərindəki kəflər kəfkirlə yığılır.









                                                                                                                 




Böyürtkən mürəbbəsi

Tərkibi:
1 kq böyürtkən
1 kq şəkər tozu

Hazırlanması:
Böyürtkən mürəbbəsi susuz bişirilir. 
Əvvəlcə böyürtkənlər təmizlənir. 
Daha sonra yuyulur və suyu süzülür.
Sonra üstünə şəkər tozu tökülüb 5 - 6 saat gözlədilir ki, şəkər tozunu canına çəksin.
Daha sonra zəif oddda bişirilir.
Üzərindəki kəflər kəfkirlə yığılır.




Əncir cemi

 Ləvazimatlar:
3 kq yaxşı yetişmiş əncir
1 kq şəkər tozu
Hazırlanması:
Əncir cemi bişirərəkən 3 kq yaxşı yetişmiş əncir yuyulur, süzülür üstünə 1 kq şəkər tozu tökülüb 7 - 8 saat saxlanılır. Daha sonra şaftalı cemi kimi ara verməklə bişirilir.






Ərik cemi


Ləvazimatlar:
2.5 qram yetişmiş ərik
1 kq şəkər tozu
250 qram qovrulmuş qoz
Hazırlanması:
Ərik cemi bişirərkən 2.5 qram yetişmiş ərik təmizlənib uzununa bir neçə dilimə bölünür və üstünə 1 kq şəkər tozu tökülür, 7 – 8  saatdan sonra odun üzərinə qoyulub 10 dəqiqə bişirilir. Daha sonra götürülüb 3 – 4 saat saxlanılır və yenidən bərkiyənə qədər bişirilir. Odun üstündən götürməyə az qalmış ona limon şirəsi tökülür.
Bu cemə 250 qram qovrulmuş qoz ləpəsi əlavə etsəniz daha yaxşı olar. 

Tut doşabı


Ləvazimatlar:
20 kq ağ tut
1 litr su
Hazırlanması:
Tutun üzərinə su tökülüb 1 saat bişirilir. Sonra sıxılıb şirəsi çıxarılır. Alınan şirə enli qaba tökülür və 1 neçə saat (bəzən hətta 1 gün) az xodda qaynadılır. Ara bir üstünə çıxan köpük yığılır. Köpük daha çıxmırsa və şirə qaralmışsa deməli doşab hazırdır. 
Doşab xəşil, quymaq şirin kələm dolması, halva və başqa Azərbaycan xörəklərində işlədilir.

среда, 9 октября 2013 г.

Gavalı mürəbbəsi

Ləvazimatlar:
1kq gavalı
1kq şəkər tozu
1stəkan su
Hazırlanması:
Gavalı mürəbbəsi bişirmək üçün böyük gavalılar yuyulur,iki yerə bölünür,çəyirdəyi çıxardılır və 1-2 saat əhəngli suda saxlanılır ki, bişirilən zaman əzilməsin(Əhəngli su,250 qram söndürülmüş əhəng, 5 litr soyuq suya tökülməklə hazırlanır).Əhəngli sudan çıxardılmış meyvələr bir neçə dəfə suyu dəyişməklə yuyulur,suyu süzülmək üçün süzgəcə yığılır.Sonra 1 kq şəkər tozu və 0.3 litr sudan mət bişirilir,mət qaynara düşəndə meyvələr içinə tökülür.10 dəqiqə bişirilir və qırağa qoyulur,4-5 saatdan sonra mürəbbə yenə də 10 dəqiqə qaynadılır və yenə ara verəndən sonra hazır olana kimi birdə qaynadılır.Hazır olmağa bir az qalmış mürəbbə ətir üçün ya vanil ya da portağal qabıqları tökülür.
Gavalı mürəbbəsini çox bişirmək olmaz,bir az vaxtı ötən kimi bərkiyir və povidlaya oxşayır.

Şaftalı cemi

Ləvazimatlar:
2.5 qram yetişmiş şaftalı
1 kq şəkər tozu
250 qram qovrulmuş qoz
Hazırlanması:
Şaftalı cemi bişirərkən 2.5 qram yetişmiş şaftalı təmizlənib uzununa bir neçə dilimə bölünür və üstünə 1 kq şəkər tozu tökülür, 7 – 8  saatdan sonra odun üzərinə qoyulub 10 dəqiqə bişirilir. Daha sonra götürülüb 3 – 4 saat saxlanılır və yenidən bərkiyənə qədər bişirilir. Odun üstündən götürməyə az qalmış ona limon şirəsi tökülür.Bu cemə 250 qram qovrulmuş qoz ləpəsi əlavə etsəniz daha yaxşı olar.

вторник, 8 октября 2013 г.

Feyxoa mürəbbəsi

Feyxoa mürəbbəsi

Ləvazimatlar:
1 kq feyxoa
1.5 kq şəkər tozu
Hazırlanması:
Feyxoa mürəbbəsi hazırlanarkən feyxoa təmizlənir, yuyulur gül yeri kəsilir. Sonra ət maşınından keçirilir Çəkilmiş 1 kq feyxoa əzməsinə 1.5 kq şəkər tozu qatılıb taxta qaşıq və ya mikserl ilə yaxşıca qarışdırılır. Şəkər əriyəndən sonra bankalara yığılır, üstünə şəkər səpilir qapağı kip bağlanıb soyuq yerdə saxlanılır.


Şəkərli limon

Şəkərli limon

 Ləvazimatlar:
1 kq limon
1 kq şəkər tozu
Hazırlanması:
Şəkərli limon hazırlanarkən yaxşı yetişmiş limonlar təmiz yuyulur, silinir paslanmayan bıçaqla 5 - 6 mm qalınlıqda doğranır və təmiz yuyulmuş quru bankalara yığdıqca hər qata şəkər tozu tökülür. Üst qata şəkəri bir az çox təkmək lazımdır.
Bankalar qapaqla örtülüb bir həftə otaqda saxlanır. Bu müddət ərzində bankalardakı limonları tez – tez çevirmək lazımdır ki, şəkər tozu ərisin. Daha sonra isə banka şüşə və ya dəmir qapaqla bağlanıb soyuq yerdə saxlanılır.

Zoğal mürəbbəsi

Zoğal mürəbbəsi

Ləvazimatlar:
1 kq zoğal
1 kq şəkər tozu
1 st su
Hazırlanması:
Zoğal mürəbbəsi bişirərkən təmizlənmiş və yuyulmuş zoğal süzgəc də suyu süzüləndən sonra qaynar şirəyə tökülüb,hazır oluncaya qədər bişirilir.Zoğalı da susuz bişirmək olar.Təmiz yuyulmuş meyvələrin üstünə şəkər tökülüb,5-6 saat saxlanılır və sonra odun üstündə vam odda qaynadılır.Zoğal qaynayarkən çox köpük verir ,odur ki,bu mürəbbə bişirilən qab böyük olmalıdır.

Qovun bəhməzi

Qovun bəhməzi


Ləvazimatlar:
1 ədəd təzə qovun
Hazırlanması:
Bunun üçün 1 ədəd təzə qovun lazımdır. Əvvəlcə qovunu yuyuruq sonra onu kəsirik, qabıqlarını soyuruq içinin tumunu çıxardırıq daha sonra içini ya əzir yada ət maşınından keçiririk. Şirə tənzifdən süzülür və odun üzərinə qoyulur. Əgər qovunun içi bərkdirsə və şirəni çıxardmaq olmursa onda iç xırda – xırda doğranılır üzərinə azca su tökülüb odun üzərinə qoyulur. Və 50 – 60 dəqiqə bişirilir. Sonra sıxılıb şirə çıxarılır, süzülür və  bişirilir.

суббота, 14 сентября 2013 г.

Şaftalı mürəbbəsi

Tərkibi:
1.5 kq şaftalı
1.4 kq şəkər tozu
0.3 l su
Hazırlanması:
Şaftalı mürəbbəsi bişirərkən qabığı soyulur özü 4 yerə bölünərək üstünə 1.5 kq meyvəyə 1 kq nisbətində şəkər tozu tökülür. 5 – 6 saat saxladıqdan sonra 10 dəqiqə qaynadılır. Mürəbbəni oddan götürəndə 400 qram şəkər əlavə edilir. 4 - 5 saat qaynadılır.