воскресенье, 25 января 2015 г.

Kartof Katleti


Ləvazimatlar:
4 nəfər üçün
600qr-kartof
zeytun-1banka
kəklikotu
4 diş sarımsaq
1/4 limon suyu
2 yemək qaşığı zeytun yağı
4yemək qaşığı-suxari
duz,istiot
Hazırlanması:
Kartofun qabığını soyun,sonra doğrayın və iliq suda qaynadın.
Kartof qayandıqdan sonra onu bir qazana tökün.İçinə duz,istiot,
zeytun,suxarı əlavə edin.Sonra içinə incə doğranmış sarımsağ qatın.tavaya
yağ tökün və kartof katletlərini suxariyə batırıb qızardın.


суббота, 17 января 2015 г.

Sobada kartof qızardılmışı

Ləvazimatlar:
Kartof - 250qr
Yumurtanın ağı 1 ədəd
İri duz
Hazırlanması:
Əvəəlcə soba 200C-də qızdırılır. 
Kartofların qabuqları soyulur. 
Yağlı kağız götürülür. 
Kartoflar səliqə ilə düzülür.
Kartofların üzərinə duz, istiod və digər ədviyyatlar vurulur. 
Sobada 1 saat ərzində yaxşıca bişirilir. Daha sonra servis edilir.





понедельник, 5 января 2015 г.

Səbzəli yahni

Ləvazimatlar :
Çuğundur - 1 ədəd
Soğan - 1 ədəd
Kartof - 2;3 ədəd
Yerkökü - 1 ədəd
Kələm - 300 qr
Bitki yağı - 2 yemək qaşığı
Duz və ədviyyatlar
Hazırlanması :
Tavaya yağ tökülür, çuğundur kiçik - kiçik doğranılır və az xodda tavada qızardılır (Tavanın ağzında qapaq olması şərti ilə). Yerkökü və incə dilimlənmiş soğanda bura əlavə olunur. Kartofun qabuqları soyulur və tavaya tökülür. Duz da əlavə olunur. Kələmdə tavaya tökülür. Bu ərzaqlar yumuşalana qədər bişirilir. 

воскресенье, 4 января 2015 г.

Xırçıldayan ədviyyatlı kartof dilimləri


Ləvazimatlar :
Kartof - 6 ədəd
Kraker 25 qr
Bitki yağı - 1 xörək qaşığı
Duz 1 qaşıq
Quru sarımsaq 1 ədəd
Rosemary ½ çay qaşığı
Hazırlanması :
Kartoflar dilimlər şəklində kəsilir və bitki yağı ilə qarışdırılır. Doğranmış soğan,duz,sarımsaq və əzilmiş bibəriyə ilə birlikdə qarışdırılır. Kartofların üzərinə bərabər şəkildə ədviyyat tökülür. Yağlanmış listə kartoflar düzülür və üzərinə pomidorlar qoyulur.

четверг, 12 декабря 2013 г.

Qat-qatlı kartof

Ləvazimatlar:
6 ədəd kartof
Süzmə qatıq-200 qram
Duz
İstiot
Mayonez-50 qram
Kərə yağı-50 qram
Göyərti-1 dəstə
Hazırlanması:
Əvvəlcə karofların qabığlarını soyuruq və yuyuruq.Sonra onları halqa-halqa doğrayırıq.Daha sonra isə göyərtiləri xırda-xırda doğrayırıq.Bir qab götürürük və içinə azca kərə yağı çəkirik. Sonra bir qat kartof, duz, istiot, süzmə qatıq və göyərti səpirik.Daha sonra yenə olduğu kimi edirik ancaq bu səfər süzmə qatıq yerinə kərə yağı əlavə edirik. Belə-belə edərək hazırlayırıq. Sonra dxovkaya qoyuruq və 20 dəqiqə kimi bışiririk.