воскресенье, 1 февраля 2015 г.

Portağallı kokteyl

Ləvazimatlar:
 ¼ ədəd portağal
krem-şanti-1paket
şəkər tozu-25qr
buz
Hazırlanması:
Portağalların qabığını soyun,orta dilimlərə ayırın. Sonra şırə çəkən maşından keçirin. Bir çirə qabına portağalın suyunu əlavə edin. Üzərinə şəkər tozu, krem-şanti, buz,əlavə edib çalın.S oyuducuda saxlayın.


суббота, 31 января 2015 г.

Mojito limonadı

Ləvazimatlar:
limon-4ədəd
şəkər tozu-100qr
nanə-1dəstə
qazlı su-1l
Hazırlanması:
Bu limonadın hazırlanması çox asandır. Bunun üçün təzə limon çox vacibdir .Bir şıər tökmək üçün qab götürün, içinnə sıxılmış limon suyu, şəkər tozu, qazlı su əlavə edin. Bunların hamsını yaxşıca qarıçdırın. Soyuducuda saxlayın. Soyuducudan çıxartdıqdan sonra xırda doğranmış nanə yarpaqları əlavə edin.



четверг, 29 января 2015 г.

Brazilya limonadı


Ləvazimatlar:
(Yaşıl limon)Laym- 3ədəd
Şəkər tozu 0.3st
qatılaşdırılmış süd-1.5st
5st-su
Hazırlaması:
Əvvəlcə yaşıl limonları yəni laymın qabığını
soyun və halqa-halqa doğrayın. Sonra bir
blenderlə suyunu çıxarın. Bir qaba
boşaltın. Üzərinə şəkər tozu ,5 stakan su və
qatılaşdırılmış süd əlavə edin, yaxşıca
qarışdırın. Soyuducuda saxlayın.

суббота, 31 августа 2013 г.

Nanə şərbəti

Tərkibi:
1.5 xörək qaşığı – quru nanə
1 stəkan – alça ya da limon şirəsi 
15 ədəd – qənd
1 litr - su
Hazırlanması:
Quru nanənin üstünə resseptdə göstərilən suyun yarısı tökülüb 2 dəqiqə qaynadılır, yarım saat qapağı bağlı halda saxlanılır. Qalan su qəndlə qaynadılır və ilıq şirəyə nanə dəmləməsi tökülüb qarışdırılır və soyuyandan sonra alça ya da limon şirəsi tökülüb soyuq yerə qoyulur.

Ətirli şərbət

Tərkibi: 
1.3 limon 
0.1 qram zəfəran şirəsi
Nanə, reyhan toxumu - 50 qram
Hazırlanması:
Şəkərlə qaynadılmış soyuq suya nanə, reyhan toxumu, qabığı ilə birlikdə xırda - xırda doğranmış limon, tökülüb soyuq yerdə saxlanılır. Süfrəyə soyuq halda verilir.



Ayran

Tərkibi: 
1 litr qatıq
Yarım litr su
1 dəstə şüyüd
1 ədəd xiyar
1 çay qaşığı duz
Zövqə görə giləmərzə
Nanə
Hazırlanması:
Qatıq çalınır, içinə soyuq su tökülüb qarışdırılır, qatıqla duz yaxşı qarışdıqdan sonra içinə duz, xırda - xırda doğranmış xiyar, şüyüd, nanə, giləmərzə əlavə edilib soyuducuya qoyulur. Ayran bir qədər duzlu olmalıdır.

пятница, 2 августа 2013 г.

Soyuq çay

Tərkibi:
Çay - 1 litr
Limon suyu – 1 ədəd limondan
Limon yarpağı - 5 ədəd
Vişnə suyu -1 stəkan
Albali - 200qr
Ərik - 200qr
Şaftalı - 200qr
Nanə yarpağı – 2 dəstə
Şəkər tozu - 1 stəkan