понедельник, 20 августа 2018 г.

"Snikers" tortu ( Торт "Сникерс") - Resept 1

Snikers tortunu necə hazırlamaq olar?
Resept1
Snikers tortu demək olar ki, bütün ölkələrdə sevilən və məşhur olan tortlardan sayılır. Tərkibində araxis, şokolad və karamel olan bu şirniyyatı evdə hazırlamaq çoxda çətinlik törətmir. Beləki,  bütün insanlar karamelli, araxisli, şokoladlı şirniyyatları xoşlayırlar. Amma bunun hazırlanma qaydası zövqlərə uyğun olaraq müxtəlifdir.


Sadə snikers tortunu hazırlamaq üçün bizə aşağıdakılar lazım olacaq:

-1 stəkan ələnmiş un
-1 stəkan şəkər tozu
-5 ədəd yumurta
-100 qram şokolad
-2 yemək qaşığı süd
-2 çay qaşığı qabartma tozu
-vanil

Snikers tortunu hazırlamaqdan ötrü bizə iki cür krem hazırlamaq lazımdır.
Birinci kremi hazırlamaq üçün bizə aşağıdakılar lazım olacaq:
-400 qram qaymaq(сливки)
-2 yemək qaşığı şəkər tozu

İkinci kremi hazırlamaq üçün bizə aşağıdakılar lazım olacaq:
-qatılaşdırılmış süd bankasının yarıdan bir az çoxu(2/3 hissəsi)
-100 qram şit yağ
-100 qram araxis

Həmçinin tortumuzun üstünü bəzəmək üçün bizə qlazur lazım olacaq. Qlazurun hazırlanması üçün bizə aşağıdakılar lazımdır:
-2 yemək qaşığı süd
-100 qram şokolad

İndi isə tortun hazırlanma qaydası ilə tanış olaq.
Yumurtaların ağını sarısından ayırırıq. Sonra yumurtaların sarısını şəkər tozu və vanil əlavə etməklə qarışdırırıq. Ayrıca qabda südü şokolad dilimləri ilə birlikdə buxar qazanında duru məhlul əmələ gələnə qədər qarışdırırıq. Sonra bu qarışığa yumurta sarıları qarışdırılmış məhlulu əlavə edirik və yaxşıca qarışdırırıq. Daha sonra yumurtaların ağlarını köpüklənənə qədər ayrıca qabda çalırıq və qarışdırdığımız məhlulun üzərinə əlavə edirik. Yenə də yaxşıca qarışdırırıq.

İndi isə bu məhlula un əlavə etməyin vaxtı çatıb. Unu ələyirik və üzərinə qabartma tozunu əlavə edərək yaxşıca qarışdırırıq. Sonra isə bu qarışığı əvvəlcə hazırladığımız qarışığa əlavə edirik. Hamsını birlikdə yaxşıca qarışdırdıqdan sonra 10-15 dəqiqəlik kənarda saxlayırıq. Bu vaxt ərzində isə tort üçün formanı götürürük, divarlarını yağla sürtüb üzərinə azacıq un səpirik ki, yapışmasın. Sobanı 180 dərcəyə qədər qızdırırıq. Əldə etdiyimiz xəmiri tort formasının içinə tökərək 30-40 dəqiqəlik vaxtla sobaya bişməyə qoyuruq. Bu bişim hazır olduqdan sonra onu sobadan çıxarıb soyumağa qoyuruq. Soyuduqdan sonra isə iki və ya üç hissəyə bölürük.

Bilməlisiniz ki, tort üçün hazırlanan kremlər, tort dilimlərinin üzərinə və hazır olandan sonra isə tortun üstünə də çəkilməlidir. Əgər tortunuz iki və ya üç hissədən ibarətdirsə, hazırladığınız kremləri müvafiq olaraq iki və ya üç hissəyə bölün. Bir hissəsini hazır tortun üstünə əlavə etmək üçün saxlayın. O biri hissələrini isə hər bir dilimin üstünə çəkmək üçün saxlayın.

Tortun iç kremini hazırlamaq üçün:
-Əvvəl birinci hazırladığımız kremdən istifadə edirik. Bunun üçün qaymaq və şəkər tozunu qarışdırırıq, alınmış məhlulu iki hissəyə bölünmüş tort dilimlərinin üzərinə yaxırıq.


-Daha sonra ikinci hazıladığımız kremdən istifadə edirik. Bunun üçün qatılaşdırılmış südü,  yumşaldılmış kərə yağını və araxisi birlikdə qarışdırırıq. Bu qarışığı əvvəlcə çəkdiyimiz qarışımın üzərinə tökürük. Bişmiş tort dilimlərini üst-üstə qoyuruq, üzərinə artıq qalmış kremlərimizdən əlavə edirik. Bunun üzərinə isə hazırladığımız qlazuru tökürük. 

Qlazuru buxar hamamı deyilən şəraitdə eyni cinsli məhlul alınana qədər od üzərində qızdırırıq, soyuduqdan sonra isə hazırladığımız tortun üst hissəsinə - kremin üstünə əlavə edirik. Artıq qalmış araxisləri, şokoladları və digər qırıntıları üzərinə əlavə edirik. Beləliklə bizim snikers tortumuz hazırlanmış olur. 

"Snikers" tortu ( Торт "Сникерс") - Resept 3

Snikers tortunu necə hazırlamaq olar?
Resept3
Ev üsulu snikers tortunu hazırlamaq doğurdanda xüsusi zövq tələb edir. Biz sizə bildirmək istəyirik ki, bu snikers tortunu bişirmək lazım deyil. Çünki, biz bu tortda peçenyelərdən istifadə edəcəyik. Qaynadılmış şokolad yerinə isə biz qlazurdan istifadə edəcəyik. Bu reseptlə hazırlanmış tortu istədiyiniz kimi bəzəyə bilərsiniz, hətta üzərinə xırda-xırda kəsilmiş və ya kiçik  meyvələrdən də qoya bilərsiniz. Bu tamamilə sizin zövqünüzə qalıb.


Bu snikers tortunu hazırlanması üçün aşağıdakılar lazımdır:
-1 kq xırda ovulmuş peçenye
-1 banka qatılaşdırılmış süd
-1 stəkan xırdalanmış araxis və ya qoz
-250 qram kərər yağı
-1 pletka şokolad
Yumşaldılmış kərə yağını ağarana qədər qarışdırırıq. Sonra isə bu yağa az-az qatılaşdırılmış süd əlavə edərək qarışdırmağa davam edirik. Nəhayətdə siz dadlı-ağ krem əldə etmiş olacaqsınız.
Xırda ovulmuş peçenyeləri ayrıca qabda xırda doğranmış qoz və ya araxis ilə birlikdə qarışdırırıq. Bu qarışımı iki hissəyə bölürük:
-Birinci hissəni kremə əlavə edib yaxşıca qarışdırırıq.
-İkinci hissəni də bu qarışıma əlavə edə-edə qarışdırırıq.
Əgər hiss etsəniz ki, qatışıq çox duru alınır, onda bu qarışığa biraz da əlavə  peçenye və qoz əlavə edə bilərsiniz. Nəticə etibarı ilə siz, yarımbərk xəmir alacaqsınız.

Əldə etdiyiniz bu qarışımı formaya tökərək bir neçə saatlıq soyuducuya qoymaq lazımdır. Bu zaman ərzində şokoladı buxar hamamında əridirik. Məhlul soyuduqdan sonra soyuducudan çıxararaq bir neçə hissəyə bölürük. Hər hissənin arasına şokolad çekərək üst-üstə yığırıq. Hazırlanmış tortun üzərinə qlazur əlavə edərək üstünə qoz, araxis və peçenye qırıntıları tökməklə bəzəyirik.

"Snikers" tortu ( Торт "Сникерс") - Resept 4

Snikers tortunu necə hazırlamaq olar?
Resept4
Beze ilə Snikers tortu – Digər snikers tortlarından fərqlənir. Bu tortun tutumu olduqca çoxdur. Üstəlik bu tortun xəmiri zəhmət tələb edir. Bütün bunlara baxmayaraq nəhayətdə siz dadlı, ləzzətli və doyuran tort əldə etmiş olacaqsınız. Yumurtanın çox olması tortun köpməsinə və lətif olmasına səbəb olacaq.
Beze ilə snikers totunun hazırlanması üçün bizə aşağıdakılar lazımdır:
-2 stəkan un
-12 ədəd yumurta
-2 stəkan yarım şəkər tozu
-yarım stəkan süd
-yarım stəkan bitki yağı
-1 paçka vanil
-3 yemək qaşığı kakao
-1 paçka qabartma tozu
-150 qram kərə yağı
-150 qram qovrulmuş araxis
-1 banka qatılaşdırılmış süd
Bezenin hazırlanması:
Bezeni hazırlamaq üçün əvvəlcə biz 5 ədəd yumurta götürürük. Bu yumurtaların ağını sarısından ayırırıq. Yumurtaların ağına şəkər tozu əlavə edib, mikserlə qarışdıraraq beze əldə edirik. Sonra bu bezeni soba tavasina əvvəlcədən qoyduğumuz yağlı kağızın üstünə tökürük. Əvvəlcədən aşağı tempraturda qızdırılmış sobaya qoyaraq bir saat yarım vaxta qədər aşağı temperaturda bezeni bişiririk. Beze bişdikdən sonra sobanı söndürürük. Bu zaman beze sobadan çıxarılmamalıdır. Bezeni sobada 12 saat(yaxşı olar ki, səhərə qədər) saxlayırıq. Bu ona görə edilir ki, beze yaxşıca qurusun.
İndi isə 7 ədəd yumurtanı götürürük, üzərinə şəkər tozu, vanil və süd əlavə edərək ağ məhlul alınana qədər mikserlə çırpırıq. Sonra bu məhlula kakao əlavə edirik. Bir az qarışdırdıqdan sonra isə bitki yağını əlavə edib qarışdırırıq. Daha sonra unu ələyərək qabartma tozu ilə qarışdırırıq. Bu undan hissə-hissə götürərək əldə etdiyimiz məhlulun üstünə əlavə edirik. Alınmış xəmiri yaxşıca yoğurub soba tavasına yerləşdiririk. Soba tavasını əvvəlcədən yağla yağlamaq və sobaya yerləşdirmək məsləhət görülür. Soba tavası yandırıcı yox, isti olmalıdır. Məhlulu soba tavasına töküb sobaya qoyuruq. 150 dərəcədə 40 dəqiqə ərzində bişiririk. Tort bişdikdən sonra onu sobadan çıxarıb soyuduruq. Soyumuş tortu dilimlərə - iki və ya üç hissəyə bölürük.
Qatılaşdırılmış südü qaynar suda qızdırırıq və kərə yağı ilə qarışdırırıq. Nəticədə ağ rəngli dadlı krem alınacaq. Daha sonra bu kremi kəsilmiş tort dilimlərinin üzərinə çəkirik və onları üst-üstə yığırıq. Alınmış tortun üzərinə yenə də krem çəkib araxislə bəzəyirik. Bu tortun üzərinə istəsəniz qlazur da əlavə edə bilərsiniz.


суббота, 24 января 2015 г.

Zeytunyağlı tort

Ləvazimatlar:
Şokolad -300qr
Zeytunyağı GAEA DOP Sitia-160 ml
Şəkər tozu-200qr
Yumurta -4 ədəd
vanil-1 paçka
qabartma tozu-1 paçka
Buğda unu-200qr
Qoz -200qr
Hazırlaması:
Əvvəlcə sobayı 160 dərəcədə qızdırın. Bir qabda yumurta və şəkər tozunu çalın. Sonra şokoladı əridin. Soyuduqdan sonra yumurta+şəkər tozu qarışığının içinə əlavə edin. Unu ələyin və yavaş-yavaş qarışıma qatın. Tam həll etdikdən sonra içinə zeytunyağı, vanil və qabartma tozu qatın. Qozu xırda-xırda doğrayın və
 xəmirə qatın. Sonra onu soyuducuya qoyun. Dinləndikdən
sonra isidilmiş sobaya qoyun.20-30 dəqiqə bişirin.





суббота, 3 января 2015 г.

Qozlu tort

Ləvazimatlar:
Un-1st
 Kərə yağı-500 qram
Şəkər tozu-1st
Nişasta-1xörək qaşığı
Yumurta-6 ədəd
Qabartma tozu-1 paçka
Vanil-1 paçka
Kremi:
Qatılaşdırılmış süd-1qutu
Kərə yağı-250qram
Hazırlanması:
Əvvəlcə yumurtanın ağını sarısında ayırın.Sonra
yumurtanın ağına biraz duz əlavə edib ağarana qədər çalın.Sonra yumurtanın sarısını əlavə edib birlikdə çalın.daha sonra şəkər tozunu un halına gətirib,hazırladəğınız xəmirə qatın və mikserlə çalın.Daha sonra ayrı bir qabda un və qabartma tozunu qarışdırib aldəğınız məhlula əlavə edin.Qaşıqla qarışdırın və vanili əlavə edin.İndi isə kremini hazırlayın,bunun üçün kərə yağını bir neçə saat öncədən soyuducudan çıxartın və əriməsini gözləyin-əgər yağ bərk olarsa o zaman kremə qatarkən çürüyə bilər.Sonra yağı mikserlə çalın ağarana kimi,qatılaşdırılmış südü və vanili də əlavə edin.Istəsəniz kakao və ya qoz da qata bilerəsiniz.Sonra 20 dəqiqə kimi bişirin.Üzərinə qoz ləpəsidə əlavə edsəz daha dadlı olar.


среда, 5 февраля 2014 г.

"Snikers" tortu ( Торт "Сникерс") - Resept 2

Ləvazımatlar:          
Yumurta - 6 ədəd
Şəkər tozu - 2 stəkan
Mayonez  - 1 banka
Vanil - 1 paçka
Qabartma tozu - 1 paçka
Un - 2 stəkan
Kremi üçün:
Kərə yağı - 500 qram
Qatılaşdırılmış süd - 2 qutu
Vanil - 1 paçka

Hazırlanması:
Bunların hamısını yaxşı - yaxşı qarışdırırıq. Sonra 1 stəkan araxisi buraya əlavə edirik. Sonra xəmiri 2 hissəyə bölürük. Birinci hissəyə 1 xörək qaşığı kakao tökürük. Listi yağlayırıq. Sonra listin birinci hissəsini bişiririk. Sonra ikinci hissəsini bişiririk. Aralarına hazırladığımız kremi sürtüb, üstünü fıstıqla bəzəyirik. Süfrəyə isti çayla təqdim edirik.

пятница, 17 января 2014 г.

Səma tortu

Xəmiri üçün:
6 ədəd yumurta
1 stəkan un
1 çimdik duz
2 xörək qaşığı nişasta
2 ədəd qabartma tozu
1 ədəd vanil
1 stəkan şəkər tozu
Kremi üçün:
1 qutu qatılaşdırılmış süd
250 qram kərə yağı
Hazırlanması:
Əvvəlcə yumurtanın ağını sarısından ayırırıq sonra yumurtanın ağının içinə 1 çimdik duz tökürük.Sonra onu ağ köpük halına gələnə qədər çalırıq. Çalışmaq lazımdır ki, yumurtalar soyuq olsun.Sonra yumurtanın sarısına 1 stəkan şəkər tozu əlavə edib,açıq sarı köpük halına gələnə qədər çalırıq. Daha sonra yumurtanın sarısını ağına qatırıq və hamısını qarışdırırıq. Sonra taxta qaşıq vasitəsilə qarışdırırıq. Sonra un, qabartama tozu, vanil, nişasta tökürük və qarışdırırıq. Sonra isə tort qabını kərə yağı və un ilə yağlayırıq və kütlənı əlavə edirik.30-35 dəqiqə bişiririk. Sonra isə otaq tempraturunda qalmış kərə  yağını qatılaşdırılmış süd ilə çalırıq və 20 dəqiqə kimi soyuducuya qoyuruq. Bişdikdən sonra isə onu bölürük və içinə kremi çəkirik.

пятница, 20 сентября 2013 г.

Roza tortu

Ləvazimatlar:
Şəkər tozu - 2 xörək qaşığı
Qoz ləpəsi - 100 qr
Un - 2 stəkan
Yumurta ağı - 2 ədəd
Duz - 1 çimdik
Soda - 1 çimdik 
Kremi üçün:
Yumurtanın sarısı - 2ədəd
Kəsmik - 250 qr
Kərə yağı - 200qr
Hazırlanması:
Yumurta sarısı və şəkər tozu yaxşıca çalınır. Sonra kəsmik və yağı əlavə edirik. Sonra duz, soda və unu əlavə edib qaşıqla qarışdırırıq. Sonra xəmiri soyuducuya qoyuruq. 15 dəqiqədən sonra soyuducudan çıxardırıq və yayırıq.Yaydıqdan sonra içinə kremi yaxıb, büküb, xırda doğrayıb dxovkada bişiririk. Üzərinə şəkər kirşanı əlavə edirik. Onu da demək lazımdır ki, bu tort çox sərfəlidir. Xəmirdə işlətdiyimiz yumurta sarısını istifadə edib, ağını çölə atmırıq, onu kremdə istifadə edirik. Tortu isti çayla süfrəyə veririk.

суббота, 13 апреля 2013 г.

Oktyabr tortu

Ləvazimatlar:
Yumurta - 10 ədəd
Kərə yağı - 450 qram
Şəkər tozu - 450 qram
Un - 5 stəkan
Qoz ləpəsi - 200 qram
Soda - 1 çay qaşığı
Xama - 10 qram
Vanil - 1 paçka
Hazırlanması:
Yumurta ilə şəkər tozunu qarışdırmaq lazımdır və kərə yağı buraya qatılır.

Admiral tortu


Ləvazimatlar:
Xəmir üçün:
Un - 2 stəkan
Şəkər tozu - 1 stəkan
Kərə yağı və marqarin - 300 qram
Yumurta - 1 ədəd
Soda - 1 çimdik
Krem üçün:
Xama - 200 qram
Şəkər tozu - 4 yemək qaşığı
Vanil - 5 qram
Hazırlanması:
Bərk xəmir yoğurmaq lazımdır. 3 kündə kəsmək lazımdır.

Praqa tortu


Ləvazimatlar:
Xəmir üçün:
Un - 1 stəkan
Şəkər tozu - 3 stəkan
Yumurta - 7 ədəd
Kakao - 1 yemək qaşığı
Kərə yağı - 50 qram
Krem üçün:
Kərə yağı - 250 qram
Qatılaşdırılmış süd - 5 yemək qaşığı
Kakao - 2 çay qaşığı
Yumurta sarısı - 3 ədəd
Su - 1 stəkan
Hazırlanması:
Şəkər tozunun yarısı yumurta sarısı ilə yaxşıca çalınır. Başqa bir qabda yumurtanın ağını çalmaq lazımdır. Yumurtanın ağını tam köpük halına gətiririk. Qalan şəkər tozu buraya qatılır.

суббота, 30 марта 2013 г.

Napaleon tortu



Ləvazimatlar:
Kərə yağı -  400qram
Un - 400qram
Yumurta - 1 ədəd
Xama - 1 qutu
Sirkə -1 çay qaşığı
Vanil -1 paçka
Duz - 1 çimdik
Krem üçün:
Kərə yağı - 500 qram
Qatılaşdırılmış süd - 2 qutu
Vanil - 1 paçka
Hazırlanması:
Xəmiri qoz boyda yoğururuq. 30 dəqiqə soyuducuda saxlayırıq. Sonra kündələri götürürük. Listin içi boyda xəmirimizi yayırıq. Sonra isə sobaya qoyuruq.

“Gecə - gündüz” tortu

Ləvazimatlar:
Yumurta - 4 ədəd
Şəkər tozu - 1,5 stəkan
Xama - 300 qram
Qatılaşdırılmış süd - 6 yemək qaşıqı
Soda - 0,5 çay qaşıqı
Vanil - 1 paçka
Krem üçün:
Kərə yağı - 200 qram
Qatılaşdırılmış süd - 8 yemək qaşıqı
Xırda doğranmış qoz ləpəsi - 200 qram
Hazırlanması:
Şəkər tozu yumurtalarla əriyənə qədər mikserlə çalınır. Buraya xama, soda, qatılaşdırılmış süd və un əlavə edilir. Bunların hamsı yaxşıca qarışdırılır. Yağ çəkilmiş xüsusi formalı qab götürülür. Bu qaba xəmirin yarısı tökülür, və sobaya qoyulur. Xəmirin qalan hissəsinə isə kakao qatılır və yaxşıca qarışdırılır.
Krem hazırlandıqdan sonra 1 qat ağ biskvitə krem çəkilir. Sonra 1 qat qara biskvitə krem çəkilir və 1 qat ağ, 1 qat qara biskvit üst – üstə qoyulur. Kremi çəkərkən hər qata qoz səpilir.  

четверг, 28 марта 2013 г.

Qozlu tort

Ləvazımatlar:
Qoz - 500 qram
Bal- 100 qram 
Marqarin - 100 qram 
Yumurta - 1 ədəd
Şəkər tozu - 0,5 stəkan
Un - 2 stəkan
Soda - 1 çay qaşığı
Sirkə - 1 çay qaşığı
Hazırlanması:
 Marqarini əridib, bal ilə qarışdırırıq. Sonra üzərinə yumurta, şəkər, limon cövhəri, un, çay sodası əlavə edib xəmir yoğururuq. Xəmiri 3 yerə bölüb, ayrı-ayrılıqda yağ yaxılmış xüsusi tavada lavaş şəklində bişiririk. 
Sonra krem hazırlayırıq:  yumşaq kərə yağını şəkər tozu ilə qarışdırıb, xama əlavə edirik və tortumuzun üzərini adına uyğun olaraq bəzəyirik.

Peçenyeli tort

Ləvazimatlar:
Yumurta - 3 ədəd
Şəkər tozu -1,5 stəkan
Kərə yağı - 400 qram
Un - 4 stəkan
Kakao - 4 xörək qaşığı
İsti su - 3 xörək qaşığı
Sirkə - 1 xörək qaşığı
Çay sodası - bir az
Duz - bir az

Hazırlanması:
3 ədəd yumurta, 1.5 stəkan şəkər tozu ilə qarışdırılır. 400 qram kərə yağı qarışığa qatılıb, möhkəm çalınır. Üzərinə 1 xörək qaşığı sirkə, bir az çay sodası, bir az da duz tökülür. 4 stəkan unun xəmiri yoğrulur, hazırlanmış xəmir 2 yerə bölünür. Bir hissəsi yağlanmış tavaya tökülür.

Bıçaqla 2 - 3 yerdən  deşilir ki, qalxmasın. İndi tortu isti sobaya qoyub, 15 - 20 dəqiqə bişiririk. Hazır olandan sonra 1 banka konfityuru soyumuş tortun arasına çəkirik. Sonra 4  xörək qaşığı şəkər tozunu, 4 xörək qaşığı kakaonu, 3 xörək qaşığı isti suya əlavə edib, sobanın üzərinə  qoyub, qarışdırırıq. Qaynara düşən kimi götürürük. Həmin qarışığa fındıq boyda kərə yağı atılır ki, ona parıltı versin.

Şəkərli tort.

Ləvazimatlar:
Yumurta - 3 ədəd
Şəkər tozu -1,5 stəkan
Kərə yağı - 400 qram                               
Un - 4 stəkan
Kakao - 4 yemək qaşığı
Isti su - 3 yemək qaşığı
Sirkə - bir xörək qaşığı
Çay sodası - bir az
Duz - bir az

Hazırlanması:
3 ədəd yumurta, 1,5 stəkan şəkər tozu ilə qarışdırırıq. 400 qram kərə yağı buraya əlavə edilir. Yaxşıca çalınır. Üzərinə 1 yemək qaşığı sirkə, 1 az çay sodası, 1 az da duz tökülür. 4 stəkan undan xəmir yoğrulur, hazırlanmış xəmiri 2 yerə bölürük. 1 hissəsi yağlanmış tavaya tökülür.

Bıçaqla 2 - 3 yerdən deşilir ki, qalxmasın. İndi tortu isti sobaya qoyub, 15 - 20 dəqiqə bişiririk. Hazır olandan sonra 1 banka konfityuru soyumuş tortun arasına çəkirik. Sonra 4 xörək qaşığı şəkər tozunu, 4 xörək qaşığı kakaonu, 3 xörək qaşığı isti suya əlavə edib, sobaya üzərinə qoyub, qarışdırırıq. Qaynara düşən kimi götürürük. Həmin qarışığa fındıq boyda kərə yağı atılır ki,ona parıltı versin.

Qaymaqlı tort

Ləvazımatlar:
Yumurta - 6 ədəd 
Şəkər tozu - 150 qr 
Un - 100 qr
Vanil - 1 paçka 
Qaymaq - 250 qr 
Pletka şokolad - 1 paçka

Hazırlanması:
Yumurtanı qabda sındırıb, üzərinə şəkər tozu və vanil əlavə edərək şişib qabaranadək çalırıq. Bir az sonra həmin kütləni bir dəfə də çalıb üzərinə un əlavə edirik. Tavaya duru yağ çəkib, azca un səpərək kütləni tökürük və çox da isti olmayan sobada bişirin.

Soyuyuandan sonra iti bıçaqla arasından kəsirik. Kəsiklərin içini azca ovuruq və 1stəkan şəkər tozu ilə yaxşıca çalınmış qaymaq doldururuq və yenidən üst - üstə qoyub birləşdiririk. Sonra üzərinə qaymaq çəkib şokolad düzürük. Zövqə görə üstünə badam və ya qoz da düzə bilərik.Yaxud quru meyvədən də düzə bilərsiniz.

пятница, 22 марта 2013 г.

Alma tortu

Ləvazimatlar:
250 qram - un
80 qram - şəkər tozu
100 qram - kərə yağı                                         
Yaxud marqarin
500qram - alma
2ədəd - yumurta
Bir xörək qaşığı - kartof unu

Hazırlanması:
Un, şəkər tozu, yağ və yumurta sarısından xəmir yoğurub, 1 saatlığa saxlayırıq. Sonra xəmiri yayıb xüsusi formaya salmalıyıq. Elə etmək lazımdır ki, forma tamam xəmirlə dolmasın, üstü 1-2 sm boş qalsın.

Yumurta ağının üzərinə şəkər tozu və kartof ununu yavaş – yavaş səpərək qabarıb qatı köpük halına düşüncəyədək çalmalı. Bundan sonra ona xırda  doğranmış almanı qatıb formadakı xəmirin üstünə yaymalı və az temperaturda 40 dəqiqə müddətində bişirməliyik.