воскресенье, 18 января 2015 г.

Göbələk julienne

Ləvazimatlar:
Göbələk-100qr
Soğan -2 ədəd
Buğda unu -1 çay qaşığı
Kərə yağı -2 yemek kaşığı
Xama-50ml
Pendir -50 qr
duz,istiot
Hazırlaması:
Əvvəlcə soğanın qabığunu soyun,sonra xırda-xırda doğrayın.Soğanı soyduqdan sonra göbələkləri yuyun və orta ölçüdə kəsin.Bir tava götürün və qızdırdıqdan sonra doğradığınız göbələk və soğanları əlavə edib yağda qızardın.
Azca qızardıqdan sonra üzərinə un əlavə edin.Daha sonra üzərinə pendir  və xama töküb sobada bişirin.



вторник, 6 января 2015 г.

Soğan halqaları

Ləvazimatlar:
Soğan -2 başYumurta -2 ədəd
Limon suyu
duz,istiot
Xama-200qram
Buğda unu-100qram
Bitki yaği-300ml
Hazırlaması:
Soğanların qabuğunu soyun və halqavari kəsin. Sonra onları qızardın və xəmir yoğurun. Xəmirin tərkibi-duz, xama, yumurta`dan ibarət olmalıdır. Xəmir oladi xəmiri kimi olmalıdır. Bu qarışıma soğanlarıda əlavə edib qarışdırın və qızardın.



суббота, 3 января 2015 г.

Makaron düşbərəsi

Levazimatlar :
200qr - makaron
200qr - ət
bir ovuc noxud
1 litr su
1 ədəd orta ölçüdə - soğan
Hazırlanması :
Əvvəl makaron götürülür. Makaronların içinə çəkilmiş ət doldurulur.Qazana yağ tökülür kiçik-kiçik dogranılmış soğanlar ora tökülür və qovrulur azca sarıkök elavə edilir. Daha sonra da su əlavə edilir. Bir ovuc noxud bir gün əvəlcədən isladılır. Su qaynayanda noxud qazana əlavə olunur daha sonra makaronlu düşbərələrdə ora əlavə olunur. Duz da həmçinin. İstəsəz turşuda ata bilərsiniz.  Makaron qaynadıxda və ət tam bişdikdən sonra sobanın altı söndürülür ve qablara tökülərək süfrəyə verilir. 


      

среда, 11 декабря 2013 г.

Darıdan oladyi

Ləvazimatlar:
0.5 qram darı sıyığı
2 ədəd yumurta
1 xörək qaşığı un
Hazırlanması:
Darıdan sıyıq bişirilir, soyuyandan sonra içinə yumurta, bir az un əlavə edilib qarışdırılır və xırda kökə formasına salınıb unda urvalanır və yağda qızardılır. Süfrəyə verilən zaman üzərinə xama tökülür.


четверг, 28 марта 2013 г.

Düşbərə


Ləvazimatlar:
Adambaşına - 100 qram qoyun əti
Buğda unu - 40 qram 
Yumurta - 1 ədəd
Baş soğan - 1 ədəd
Bulyon - 350 qram
Üzüm sirkəsi - 10 qram
Keşniş, quru nanə, sarıkök, duz, istiot - zövqə görə
Hazırlanması:
Əvvəlcə qazanı sobanın ustünə qoyub baş soğanı xırda – xırda doğrayıb qazana atıb yağla birlikdə qovururuq. Sonra soğan qızarana yaxın duz, istiot və sarıkök əlavə edirik. Sonra onun üstünə 1 litr soyuq su töküb bir buğum qaynadırıq.

Digər tərəfdən xəmiri yoğururuq. Xəmiri hazırlamaq üçün un, duz , su və yumurta lazımdır.
Sonra xəmirə 5 dəqiqə istirahət veririk. Sonra xəmiri yayırıq. Daha sonra onu əvəllcə uzununa, sonra eninə kəsirik. Kiçik kvadratlar alınmalıdır.

Sonra bir qabda çəkilmiş qoyun əti, keşniş, soğan qatıb qarışdırırıq. Sonra onu kvadratların içinə qoyuruq. Kvadrat üçkünc şəklində qatlanıb küncləri geriyə qatlanır. Sonra onları başqa bir qaba töküb, yapışmaması üçün qaba tökdükcə un səpirik.

Sonra düşbərələri qaynayan qazana töküb azca qaynadırıq. Düşbərələr 5 dəqiqəyə üzə çıxır. Sonra onu suyu ilə birlikdə qaba tökürük. Üstünə quru nanə və sirkə əlavə edirik.


Gürzə

Ləvazimatlar:
Adambaşına - 200 qram qoyun əti
Buğda unu - 80 qram
Baş soğan - 1 ədəd
Ərinmiş yağ - 25 qram
Yumurta - 1 ədəd 
Qatıq -50 qram
Duz, istiot
Hazırlanması:
Gürzə üçün yumşaq qoyun əti soğanla birlikdə ətçəkən maşından keçirilir və ona duz, istiot vurularaq qarışdırılır və qızdırılmış tavada yağ içində  qovrulur. Ələnmiş una duz, su vurularaq  xəmir yoğrulub 1 mm qalınlıqda yayılır və bundan stəkanın ağzı ilə diametri 5 sm ölçüdə dairələr kəsilir. 

Hazır qiymə həmin dairələrin ortasına qoyulub tikişi yuxarı və ucu açıq qalmaq şərti ilə bükülür. Bu qayda ilə hazırlanmış gürzə bulyonun içinə salınıb bişirilir. Gürzə üzə çıxanda bişmiş hesab edilir. Süfrəyə verilən zaman gürzəni süzgəclə qazandan götürmək lazımdır. Qablara düzülür, üstünə yağın və qiymənin qalan hissəsi tökülür. Sonra ayrıca qabda da qatıq qoyulur.

Xingəl

Ləvazimatlar:
Adambaşına - 100 qram qoyun əti
Buğda unu - 40 qram 
Yumurta - 1 ədəd
Ərinmiş yağ - 25 qram
Baş soğan - 1 ədəd
Un - 40 qram
Duz, istiot - zövqə görə
Hazırlanması:
Əvvəlcə un , duz , su , yumurtadan ibarət xəmir yoğrulur. Sonra onu yayırıq. Daha sonra onu romb şəklində kəsirik. Sonra onu qaynar qazana töküb pörtürük. Ayrı bir tavada xırda - xırda doğranmış soğana 40 qram kərə yağı, duz, istiot əlavə edib qovururuq. Sonra xingəli süzür, boşqaba töküb ,üstünə qovrulmuş ət və qatıq əlavə edirik.