четверг, 12 февраля 2015 г.

Limonlu Yulaflı peçenye

Ləvazimatlar:
12 ədəd üçün:
140 qr kərə yağı
yulaf əzməsi 250qr
4 yemək qaşığı şəkər tozu
süd 1 qutu (400qr)
2 çay qaşığı rəndələnmiş limon qabuğu
1 çay qaşığı qabartma tozu
Hazırlanması:
Limon sıxılır və süd ilə qarışdırılır. Başqa bir qabda yumşalmış kərə yağının içinə yulaf əlavə olunur. Dxovka tavasına tökülür. 180C-istlikdə 20 dıqiqə bişirilir. Daha sonra parçalar şəklində kəsilir. Daha sonra süfrəyə verilir.

воскресенье, 8 февраля 2015 г.

"Fortune Cookie" peçenyesi

Ləvazimatlar:
buğda unu 1 su stəkanı
qarğıdalı nişastası 2 yemək qaşığı
½  su stəkanı pudra şəkəri
vanil 1 paket
şəkər tozu 2 yemək qaşığı
yumurta ağı 3 ədəd
bir çimdik duz
bitki yağı 4 yemək qaşığı
hazırlanması:
Böyük bir qabda un və nişastayı ələyirik. İçinə vanil əlavə olunur. Nişasta, 2 yemək qaşığı un, 3 stəkan soyuq su əlavə olunaraq xəmir yoğrulur. Dxovka tavasına dairə halında hazırladığımız qarışıq tökülür. 180C-də 30 dəqiqə bişirilir.

пятница, 30 января 2015 г.

Fransız üsulu qurabiyə

Ləvazimatlar:
Kərə yağı 225qr
Şəkər tozu 0.5 stəkan
Şəkər pudrası 0.25 stəkan
Duz 0.5 çay qaşığı
Yumurta sarısı 2 ədəd
Buğda un 2 stəkan
Hazırlanması:
Soba 175C- də qızdırırlır.
Ləvazimatların hamsı bir qaba tökülərək qarışdırılır.
Xəmir alınır və sosiska kimi bükülür. Daha sonra dilimlərə bölünür. Sobaya qoyulur və bişirilir.



суббота, 24 января 2015 г.

Yaşıl fıstığlı,şokoladlı peçenye

Ləvazimatlar:
Bitter şokoladı-200qr
Şəkər tozu-80qr
Yumurta -2 ədəd
Fıstıq -150qr
Kərə yağı-ı 40qr
Buğda unu -60qr
Hazırlaması:
Bir qazana şokoladı və kərə yağını tökün və əridin. Sonra şəkər tozu və yumurtanı çalın. Yaxşıca çaldıqdan sonra içinə əritdiyiniz şokoladı qatın. Kərə yağı və fıstığı qovurun və qarışıma qatın. Unu ələyin və yavaş-yavaş əlavə edib, qarıştıtın. Sonra sobaya tökün və 20-25 dəqiqə bişirin. Bişdikdən sonra uzun kublar şəklində kəsin. Unutmayın ki bu xəmir həfif nəmli olmalıdır.



пятница, 20 сентября 2013 г.

Al - əlvan peçenye

Tərkibi:
1 paket marqarin
2 ədəd - yumurta
1 stəkan şəkər kirşanı
3.5 stəkan un
1 paket qabartma tozu
1 paket vanil
Qida boyaları - istədiyiniz rəngdə
Bəzəmək üçün:
Qida zəri, muncuq, şəkər xəmiri
Hazırlanması:
Əvvəlcə yumurtalar çalınır. Daha sonra üzərinə yumuşalmış marqarin əlavə ədilir və əzilir.
Sonra şəkər kirşanı əlavə edilir və qarışdırılır.
Bu qarışığa vanil, qabartma tozu və unu  yavaş-yavaş əlavə edirik. Daha sonra yumuşaq xəmir yoğururuq. Hazırladığımız xəmirdən kündələr hazırlayıb, hər bir kündəyə cürbəcür rəngdə boyalar vururuq.
Bundan sonra isə biz istədiyimiz cür bəzəyirik. İstədiyimiz formanı verərək yağlanmış listə düzürük.
İstəsək üzərinə şəkər də qoymaq olar.




суббота, 14 сентября 2013 г.

Sucuq

Ləvazimatlar:
Qarğıdalı unu - 50 qr
Su - 110 qr
Ərinmiş yağ - 20 qr
Qoz ləpəsi - 40 qr
Zəfəran  sapı - 3 sap
Duz - 1 çimdik
Hazırlanması:
Soyuq suda açılmış qarğıdalı nişastasını, qaynayan suya tökərək arası kəsilmədən qarışdırılır. Sonra zəfəran sapını qaynar suda qarışdırıb şirə halına salırıq. Onu, şəkər tozu  və yağ ilə həmin qarışığa tökürük. Sonra onları yaxşıca qarışdırırıq.

вторник, 3 сентября 2013 г.

Bamiyə resepti


 Tərkibi:
 500 q un
 200 q şəkər tozu
 1 yumurta
 100 q bitki yağı
 yarım  ç.q. soda
 1 çimdik duz
 Hazırlanması:
 Əvvəlcə una çay sodası və qaynar su əlavə edirik və xəmir yoğruruq.Sonra soyuduruqvə ona yumurta qatırıq. Xəmiri ətçəkən maşından keçiririk. Amma ətçəkən maşının bıçaq yerininin ortasında 0,17 mm diametr ölçüdə xırda dişləri olan metal lövhəcik qoyulur. Ətçəkən maşından çıxan burma xəmir 8 sm uzunluqda bərabər hissələrə bölünür.
 Bamiyə bitki yağında qızardılır, şəkər şərbətinə batırılır və şərbəti canına çəkdikdən sonra üstünə qənd pudrası səpilib,süfrəyə verilir.



понедельник, 2 сентября 2013 г.

Bakı qurabiyəsi


Tərkibi:
600 qram ağ un
350 qram kərə yağı
1 yumurta ağı
30 qram ərik püresi
30 qram şəkər tozu
duz
Hazırlanması:
Kərə yağı və şəkər tozu tam əriyənə qədər qarışdırılır. Buna çalınmış yumurta ağı, un əlavə edilərək yenə qarışdırılır. Sıyıq xəmir mətbəx şprisinə doldurulur və girdə formada listə düzülür. Ortasına ərik püresi, ya da kişmiş qoyulub, 250 C bişirilir.


Düymə peçenyesi

Tərkibi:
400 qram un
250 qram kərə yağı
200 qram şəkər tozu
10 qram qida boyası
1 yumurta
Qabartma tozu-1 paçka
Duz
Vanil
Hazırlanması:
Əvvəlcə kərə yağı və şəkər tozunu ağarana qədər çalırıq. Elə eləmək lazımdır ki, şəkər tozu tam ərisin. Sonra onun içinə 1 yumurta əlavə edib, mikserlə çalırıq. Sonra vanil, qabartma tozu, qida boyası, duz əlavə edirik. Sonra ondan orta yumşaqlıqda xəmir yoğururuq. Sonra onu yayıb, stəkanın ağzı ilə kəsirik. Yağlanmış listə düzüb, ortasina dəriklər açırıq.


Şəkər çörək

Tərkibi:
500 qram əla növ un
200 qram ərinmiş yağ
300 qram – qənd tozu
20 qram – maya
Yumurta – 1 ədəd
Vanil – 1 paçka
Hazırlanması:
Yumurtanın ağında maya əridilir. Üzərinə ərinmiş yağ tökülərək bir qədər qarışdırılır, sonra qənd tozu əlavə edilərək 20 – 25 dəqiqə möhkəm çalınır. Sonra buna un əlavə olunur. Sonra xəmiri xırda – xırda kəsib, əlimizdə yumrulayıb listə düzürük. Sonra üzərinə yumurta sarısı çəkirik.

суббота, 31 августа 2013 г.

Kərə yağının tortasından peçenye

Tərkibi:
300 qram - torta
100 qram - xama
Yumurta - 2 ədəd
Şəkər tozu - 200 qram
Duz - 0.5 qram
Çay sodası - 0.5 qram
Un - 2 stəkan
Hazırlanması:
Yaği əridərkən onun üstünə çıxan köpük kəfkirlə yığılır, belə olduqda həm yağ tez qaynayır, həm də torta yanıb xarab olmur. Sonra bu tortanın üstünə xama, yumurta, şəkər tozu, un, çay sodası, duz əlavə edilib, bərk xəmir yoğurulur. Xəmirin üstü örtülür və 30 dəqiqə soyuducuda saxlanılır. Sonra 0.5 sm qalınlığda yayılır, stəkanın ağzı ilə kəsilir. Üstünə çəngəllə naxış çəkilib, isti listə qoyulur və bişirilir. Bişdikdən sonra üstünə şəkər tozu tökülür.

вторник, 16 апреля 2013 г.

Banan peçenyesi

Ləvazimatlar:
Xəmiri üçün:
Kərə yağı - 200 qram
Xama - 200 qram
Un - 2,5 stəkan
Çay sodası - 0,5 çay qaşığı
Sirkə - 1 çay qaşığı
İçi üçün:
Kərə yağı - 200 qram
Kəsmik - 200 rqam
Şəkər tozu - 1 stəkan
Un - 1stəkan
Vanil - 1 paçka
Hazırlanması:
Xəmiri yayırıq. Sonra bütöv banan qabığının açılmış formasında xəmir kəsilir. İçinə içlik qoyulur. Kənarları yaxşıca düzəldilir. Sobaya qoyulur. İstəsəniz üzərinə şəkər tozu səpə bilərsiniz.

четверг, 28 марта 2013 г.

“Qarpız dilimləri”pecenyesi

Ləvazimatlar: 
Şəkər tozu -120 qram
Kərə yağı - 150qram
Yumurta - 1ədəd
Un - 265 qram
Quru maya - 1 çay qaşığı
Qırmızı və yaşıl boya - azca
Vanil -1paçka
Qara kişmiş - zövqə görə

Hazırlanması: 
Kərə yağını şəkərlə ağarana qədər mikserlə çalırıq. Yumurta, duz və vanil əlavə edib qarışdırırıq. Əvvəlcə un və maya əlavə olunur. Xəmir əvvəlcə qaşıqla sonra isə əllə qarışdırılır. Alınan xəmiri üç hissəyə bölürük.
Birinci xəmir böyük, ikinci və ücüncü xəmirlər isə kiçik ölçüdə olur.

Birinci xəmir qırmızı boya ilə, üçüncü xəmir yaşıl rəngdə boyanır, ikinci xəmir isə olduğu kimi qalır. Bütün xəmirlər selofana qoyulur. 2 saat soyuducuda qalır. Ağ olan xəmir yayılır, qırmızı xəmir isə kolbasa formasında yayılır. Ağ xəmirin içərisində qırmızı xəmir olmaqla rulet formasında fırladırıq.

Yaşıl xəmiri yayırıq və ağ xəmiri onun üstünə qoyub rulet formasına salırıq. Selofana qoyub 3, 4 saat  soyuducuda saxlayırıq. Götürdükdən sonra rulet formasında kəsirik, içinə qara kişmiş qoyub sobada saxlayırıq. Qarpız dilimləri peçenyesini sufrəyə çayla təqdim olunur. Kim istəsə qarpız dilimləri peçenyesini  sərin içkilərlə də təqdim edə bilər. 

Peçenye

Ləvazımatlar:
Un - 500 qr
Şəkər tozu - 350 qr
Marqarin - 250 qr
Darçın - 1 çay qaşığı
Çay soda - 1 çay qaşığı
Yumurta - 2 ədəd
Badam ləpəsi - 250 qr
Hazırlanması:
Yağı şəkər ilə ovub qarışdırırıq. Badam ləpəsini azca qovurub xırda doğrayırıq. Sonra ləpəni marqarin və şəkərə qarışdırıb, üzərinə unu və çay sodasını   əlavə edərək xəmir yoğururuq.

Xəmiri 3 - 4 sm qalınlığında bürmələyib 1 - 4 saat soyuq yerdə saxlayırıq.
Sonra xəmirdən istədiyimiz formada doğrayıb 5 - 7 dəqiqə bişiririk. Peçenyelərin üzərinə əridilmiş şokolad və ya marmelad ilə bəzəyirib, üzərinə qoz qoyuruq.