пятница, 17 января 2014 г.

Üçbacı dolması

Ləvazimatlar:
5 nəfərlik pors üçün - qoyun əti (olmasa 1 kq mal əti ilə 200 qram qoyun  quyruğu)
Badımcan 5 ədəd
Pomidor 5 ədəd
Bibər 5 ədəd
Soğan 1 ədəd
Duz, istiot, zəncəfil, mixək, pul bibər
Hazırlanması:
Əvvəlcə əti maşından keçiririk. Soğanı doğrayıb üzərinə duz, istiot, zəncəfil, mixək, pul bibər tökürük. Sonra tava götürürük və içinə əvvəlcə yağ sonra isə ət və soğanı əlavə edib qovururuq. Bir tərəfdəndə pomidor və bibərin başlarını kəsirik və içini təmizləyirik, badımcanın isə ortasından azca kəsirik və acılığını çıxardırıq. Sonra isə içinə qovurmanı əlavə edirik və səliqə ilə tavaya düzürük. İstəsəniz qovurmanı çiy halda tərəvəzlərin içinə əlavə edə bilərsiniz.



Kələm dolması

Ləvazimatlar:
100 qram ət
200 qram kələm
50 qram düyü
Nanə, keşniş, şüyüd, narşərab, tomat - pasta ya da nar şirəsi, duz və istiot
Hazırlanması:
Qoyun ya da mal əti soğanla maşının iri hissəsindən keçirilir, içinə xırda - xırda doğranmış nanə, şüyüd, keşniş, arıtlanıb yuyulmuş düyü, ət, ərinmiş yağ, duz, istiot qatılıb, qarışdırılır. Kələm dolmasına duz bir qədər artıq qatılır. Kələm özəyi çıxarılır və qaynar suya salınır. Yumşalandan sonra kələm sudan çıxarılır, yarpaqların damarı kəsilir və bir neçə yerə bölünür. Əvvəlcədən hazırlanmış ət, kələm yarpağına uzunsov formada bükülür və səliqə ilə qazana yığılır. Üzərinə bir neçə iri kələm yarpağı səpilir, qaynar su tökülüb, oda qoyulur. Hazır olmasına az qalmış onun üzərinə ya nar sıxılır, ya da qızardılıb suda açılmış tomat - pasta tökülür.

среда, 16 октября 2013 г.

Feyxoa dolması

Ləvazimatlar:

1 kq - feyxoa 
500 qram qoyun əti
100 qram yumru düyü
duz, istiot
Keşniş, şüyüd

Hazırlanması:
Əvvəlcə iri feyxoaları yuyuruq.Sonra feyxoaların saplağını kəsin. Daha sonra içini ovun və təmizləyin. Sonra ayrı bir qabda ət, duz, istiot, düyü, keşniş və şüyüdü qarışdırın. Sonra feyxoaları azca pörtün. Daha sonra isə hazırladığınız içliyi feyxoanın içinə doldurun. Daha sonra onları qazana düzün və üzərinə azca yağ əlavə edin. 30 dəqiqə kimi bişirin. Bişirdikdən sonra üzərinə qatıq yada tomat sousu əlavə edə bilərsiniz.



 Onu da deyək ki, bu dolma başqa dolmalardan çox fərqlidir. Dadına isə söz ola bilməz.

 





пятница, 30 августа 2013 г.

Kələm dolması

 Ləvazimatlar:
Adambaşına - 500 qram ət
Soğan -1 ədəd
Düyü - 0.5 stəkan
Istiot və duz-zövqə görə
Kələm – 1 ədəd
Keşniş -1 dəstə
Şüyüd -1 dəstə
Hazırlanması:
Ət və soğanı ət maşınından keçiririk.sonra keşniş və şüyüdü ətə əlavə edirik. Kələmi isti suda pörtüb, içinə 1 xörək qaşığı hazırladığımız əti qoyuruq və qazana yığırıq. Üstünə 1 stəkan su töküb 10-15 dəqiqə qaynadırıq. İstəsəniz şərbət, istəsəniz pomidorla bişirə bilərsiniz.

понедельник, 3 июня 2013 г.

Yarpaq dolması

Ləvazimatlar:
Adambaşına  - 150 qr yağlı qoyun əti
Qoyulmuş tənək yarpağı - 50 qram
Baş soğan - 1 ədəd
Düyü - 20 qram 
Qatıq - 50 qram
Keşniş, şüyüd, təzə nanə - 20 qram
Hazırlanması:
Qoyun ətinə düyü, duz, istiot, göyərtilər əlavə edib qarışdırırıq. Sonra yarpaqları soyuq suda yuyur və saplağını kəsir, qaynar suda pörtürük.Yarpaqların içinə ət qoyub kvadrat formada bükürük. Sonra onları qazana yığıb üstünə 1 stəkan su töküb qaynadırıq. Hazır olduqda onu qaba töküb üstünə qatıq əlavə edirik.