четверг, 10 октября 2013 г.

Ət qutabı

Xəmiri üçün:
1 stəkan su
3 stəkan un
duz
İçi üçün:500 qram çəkilmiş ət
1 ədəd soğan
Nar - 1 ədəd
duz, istiot
Hazırlanması:
Qutab üçün ələnmiş una su və duz qatılıb, bərk xəmir yoğrulur, sonra 1 mm qalınlığında yayılır,boşqab ölçüsündə dairələr kəsilir.Yumşaq qoyun əti ət maşınında soğanla birlikdı çəkildikdən sonra içinə nar və ya narşərab əlavə edilib, hamısı birlikdə qarışdırılır.Xəmir nazik yayılır və dairələrin bir tərəfinə çəkilmiş ət qoyulub o biri tərəfi üstünə qatlanır, aypara şəklinə salınır, kənarları bükülür və qızardılmış tavada yağ içində qızardılır. Süfrəyə verilən zaman qutabın üstünə sumaq səpilir.

Balqabaq qutabı

Xəmiri üçün:
3 stəkan un
1 stəkan su
duz
İçi üçün:
adambaşına-250 qram balqabaq
25 qram nar
1 ədəd soğan
30 qram ərinmiş yağ
0.1 qram darçın
duz,istiot
Hazırlanması:
Balqabaq soyulub xırda doğranılır,dayaz qazanda üstünə su tökülüb qapağı örtülərək öz buğunda bişirilir.Sonra soğan yağda qızardılaraq balqabaqa qatılır, ona duz, nar, darçın qatılıb qarışdırılır.
Ələnmiş una su və duz qatılıb, bərk xəmir yoğrulur.Həmin xəmir 1 mm qalınlığında yayılır, kasa ağzı boyda kəsilir və həmin dairələrin bir tərəfinə balqabaq qoyulub aypara şəklində bükülür və kənarları qatlanıb tavada qizğın yağda qızardılır.
Süfrəyə verilən zaman qutabın üstünə yağ çəkilir.

четверг, 26 сентября 2013 г.

Qarın qutabı


Tərkibi:
400 qr qarın
2 ədəd soğan
20 qram lavaşana
Olmasa 40 qram nar
400 qr buğda unu
110 qr yağ
Sumaq
Darçın,
Duz, istiot
Hazırlanması:
Ələnmiş una su və duz qatılır. Bərk xəmir yoğrulur. Daha sonra 1 mm qalınlıqda fətir yayılır. Kasa böyüklüyündə dairələr kəsilir. Dana, quzu və ya qoyun qarını isti suda 1 neçə dəfə yuyulur. Daha sonra, soyuq su ilə yenidən yuyulur. Qarın ət maşınından soğanla birlikdə çəkilir. Sonra içinə lavaşana olmasa nar əlavə edilərək qarışdırılır. Əvvəlcədən kəsdiyimiz dairələrin bir tərəfinə ət maşınından çəkilmiş qarın qoyulr. O, biri tərəfi üstünə qatlanır. Aypara şəkilinə salınır, kənarları bükülür. Sonra qızdırılmış tavaya qoyularaq yağda qızardılır.Süfrəyə veriləndə isə qutabın üstünə sumaq səpilir.

вторник, 3 сентября 2013 г.

Göyərti qutabı


Tərkibi:
Adambaşına - 150 qram ispanaq
50 qram yaşıl soğan
Keşniş, şüyüd
140 qram buğda unu 
40 qram ərinmiş yağ
10 qram lavaşana
50 qram qatıq
Duz, istiot
Hazırlanması:
Göyərti yuyulur. Doğrandıqdan sonra ona duz, istiot qatılıb qarışdırılır. Sonra yağda qızardılımış soğan qatılır. Ələnmiş una su və duz qatılıb, bərk xəmir yoğrulur, həmin xəmir yayılıb, adi qutab üçün olduğu kimi dairələr şəklində kəsilir. Göyərti dairələrin bir tərəfinə qoyulur, o biri tərərfi onun üstünə qatlanır: ypara şəklində bükülür və hər iki üzü tavada qızardılır. Süfrəyə verilən zaman üstünə yağ çəkilir və ayrıca olaraq yanına qatıq qoyulur.