воскресенье, 1 февраля 2015 г.

Mal ətindən kabab



Ləvazimatlar:
Mal əti - 500qr
şirin bibər 1 ədəd
Bərk pendir 100-130qr
duz, istiod
Hazırlanması:
Mal əti yuyulur və qurudulur. Ət qat-qat kəsilir və üzərinə duz, istiod səpilir. Pendir və bibərdə hazırlanır. Pendir dilimlər şəklində kəsilir. Sonra mal ətinə əl vasitəsilə forma verilir. İçinə pendir və bibər qoyulur və yenidən bükülür.
 Soba qızdırılır 180C-istlikdə 30-35 dıqiqə bişirilir.














воскресенье, 4 января 2015 г.

Toyuq və pomidor ilə "Barbekü" (Ev üsulu)


Ləvazimatlar:
Toyuğ filesi 300 qr
Soya sosu 100ml
100 ml ketçup
Pomidor 200 qr
Hazırlanması:
1.Fileni kiçik kiçik kəsirik.
2.Ayrı bir qabda soya sosu ve ketçupu qarışdırırıq.
3.File,sos birlikdə qarışdırılır və 40 dəqiqə boyuca soyuducuda gözlədilir.
4.Pomidorlar kub yada dilimlər şəklində kəsilir.
5.File ve pomidor şişə keçirdilir.
6.Və 35 dəqiqə ərzində 180C dərəcədə qızardılır.

среда, 4 сентября 2013 г.

Qazan kababı


Tərkibi:
Adambaşına 300 qram qoyun əti
20 qram quyruq - yağı
25 qram nar
2 ədəd soğan
5 qram göyərti
Duz, istiot
Hazırlanması:
Qoyun əti tikələrə doğranıb quyruq yağı ilə qalaylı mis qazanda qovrulur, istiot, duz yada qovrulmuş soğan qatılır. Xörəyin hazır olmsına az qalmış xörəyə yetişmiş nar dənələri əlavə olunur və üstünə göyərti səpilir.
Süfrəyə çəkilən zaman qazan kababı boşqaba çəkilir. Mövsümdən asılı olaraq süfrəyə xiyar, pomidor qoyulur.

четверг, 28 марта 2013 г.

Tikə - kabab


Ləvazimatlar:

Adambaşına -  350 qram qoyun əti
Baş soğan - 1 ədəd
Cəfəri - 10 qram 
Reyhan - 10 qram
Sumaq - 3 qram 
Duz, istiot
Hazırlanması:
Tikə kabab üçün ətdən 35 – 40 qramlıq tikələr kəsib şişə taxırıq, üstünə duz səpilir və manqalda közərmiş kömür üzərində qızardılır. Kömür alovlanmasın deyə ona duzlu su səpilir. Ət şişə taxılan zaman həm yağlı həmdə yağsız tikələr götürülməlidir. Əti bir qaydada qızarmasına fikir verilməlidir. Tikə kababın bərabər qaydada qızarması üçün arabir çevirmək lazımdır. Tikə kabab hazır olan kimi süfrəyə verilməlidir. Tikə kababın üstünə halqavari soğan qoymaq lazımdır. Bundan başqa tikə kababın yanına bir neçə dilim limon, yaxud narşərab, döyülmüş istiot və duz qoyulur. Yay zamanı tikə kababın yanına 100 qram şişdə qızardılmış pomidorda əlavə etmək olar.

Basdırma - kabab


Ləvazimatlar:
Adambaşına - 300 qram mal əti
Baş soğan - 1 ədəd
Nar - 15 qram
Kərə yağı - 5 qram
Cəfəri - 10 qram
Duz, istiot
Hazırlanması:
Basdırma kabab üçün təxminən 35 - 40 qramlıq tikələrdən doğranılır və sonra emallı qaba qoyulub içinə doğranmış soğan, duz, istiot, nar qatılaraq hamısı birlikdə qarışdılır və 3 - 4 saat ərzində soyuq yerdə saxlanılır.
Lazım gəldikdə ət tkələri şişə taxılır və soğandan təmizlənərək közərmiş kömür üzərində bişirilir. Kababın dadı daha xoş olsun deyə, onu bişirməzdən əvvəl kərə yağına salmaq, çıxartmaq məsləhət görülür.
Kabab bişirilib süfrəyə veriləndə yanına soğan, limon yaxud şişdə bişirilmiş pomidor, sumaq, 
istiot və duz qoyulur.