300
qram - torta
100
qram - xama
Yumurta
- 2 ədəd
Şəkər
tozu - 200 qram
Duz -
0.5 qram
Çay
sodası - 0.5 qram
Un -
2 stəkan
Hazırlanması:
Yaği
əridərkən onun üstünə çıxan köpük kəfkirlə yığılır, belə olduqda həm yağ tez
qaynayır, həm də torta yanıb xarab olmur. Sonra bu tortanın üstünə xama, yumurta,
şəkər tozu, un, çay sodası, duz əlavə edilib, bərk xəmir yoğurulur. Xəmirin üstü
örtülür və 30 dəqiqə soyuducuda saxlanılır. Sonra 0.5 sm qalınlığda
yayılır, stəkanın ağzı ilə kəsilir. Üstünə çəngəllə naxış çəkilib, isti listə
qoyulur və bişirilir. Bişdikdən sonra üstünə şəkər tozu tökülür.