Ləvazımatlar:
Şəkər tozu - 2 stəkan
Mayonez - 1 banka
Vanil - 1 paçka
Qabartma tozu - 1 paçka
Un - 2 stəkan
Kremi üçün:
Kərə yağı - 500 qram
Qatılaşdırılmış süd - 2 qutu
Vanil - 1 paçka
Hazırlanması:
Bunların hamısını yaxşı - yaxşı qarışdırırıq. Sonra 1 stəkan
araxisi buraya əlavə edirik. Sonra xəmiri 2 hissəyə bölürük. Birinci hissəyə
1 xörək qaşığı kakao tökürük. Listi yağlayırıq. Sonra listin birinci hissəsini
bişiririk. Sonra ikinci hissəsini bişiririk. Aralarına hazırladığımız kremi
sürtüb, üstünü fıstıqla bəzəyirik. Süfrəyə isti çayla təqdim edirik.