Ləvazimatlar:
Adambaşına - 150 qr yağlı qoyun əti
Qoyulmuş
tənək yarpağı - 50 qram
Baş
soğan - 1 ədəd
Düyü
- 20 qram
Qatıq
- 50 qram
Keşniş, şüyüd, təzə nanə - 20 qram
Hazırlanması:
Qoyun
ətinə düyü, duz, istiot, göyərtilər əlavə edib qarışdırırıq. Sonra yarpaqları
soyuq suda yuyur və saplağını kəsir, qaynar suda pörtürük.Yarpaqların
içinə ət qoyub kvadrat formada bükürük. Sonra onları qazana yığıb üstünə 1
stəkan su töküb qaynadırıq. Hazır olduqda onu qaba töküb üstünə qatıq əlavə
edirik.