Ləvazimatlar:
Buğda - 1 stəkan
Süd - 1 litr
Lobya - 1 stəkan
Noxud - 1 stəkan
Mərci - 1 stəkan
Duz - 1 çimdik
Qarğıdalı - 100 qram
Qoz ləpəsi - 100 qram
Hədik çərəz yeməklərdən biridir. Adətən kiçik yaşlı uşaqlar diş çıxardıqda, Mühərrəm ayında aşura günü bişirilir və qohumlara verilir. Payızda və qışda, bu yeməkdən daha çox istifadə edilir.
Hədik
bişirmək üçün buğdanı yaxşıca yuyuruq və bir gün təmiz suda saxlayırıq. Sonra
iri qazanada buğdanı qaynadırıq. Suyunu
süzub, üstünə 1 litr süd tökülür. Sonra yenə buğdanı süddə qaynadırıq. Əvvəlcədən
lobya, noxud , lərgə və mərcini yuyuruq, və suda bir neçə saat ərzində saxlayırıq.
Daha sonra isə bunları(lobya,noxud,lərgə və mərci) buğda bişən qazana, südün
içinə əlavə edirik.Bir neçə dəfə nəzarət etməklə buğdanın bişməsi halında hədik
oddan götürülür. Hədik əsasən süfrəyə verildikdə yanına qoz ləpəsivə müxtəlif
çərəzlər qoyulur.