Ləvazimatlar:
1 kq
limon
1 kq
şəkər tozu
Hazırlanması:
Şəkərli
limon hazırlanarkən yaxşı yetişmiş limonlar təmiz yuyulur, silinir paslanmayan
bıçaqla 5 - 6 mm
qalınlıqda doğranır və təmiz yuyulmuş quru bankalara yığdıqca hər qata şəkər
tozu tökülür. Üst qata şəkəri bir az çox təkmək lazımdır.
Bankalar qapaqla örtülüb bir
həftə otaqda saxlanır. Bu müddət ərzində bankalardakı limonları tez – tez
çevirmək lazımdır ki, şəkər tozu ərisin. Daha sonra isə banka şüşə və ya dəmir
qapaqla bağlanıb soyuq yerdə saxlanılır.