Adambaşına
150 qram qoyun əti
20 qram
noxud
Yarım baş
soğan
150 qraam
kartof
20 qram
təzə alça
0.1 qram
zəfəran
Hazırlanması:
Pitinin hər
payı ayrıca qabda bişirilir. Buna piti qabı deyilir. Bu əsasən saxsıdan
haırlanır və tutumu 0.8 litr olur. Piti üçün qoyun cəmdəyinin döş, boyun, bud
yaxud kürək hissəsindən 55 – 80 qramlıq sümüksüz 2 – 3 tikə ət götürülür.
Qabaqcadan bir qədər noxud artlanıb, 4 – 5 saat soyuq suda isladılır. Ət və
noxud piti qabına qoyulub üzərinə yarım litr soyuq su tökülür. Sonra qab zəif
od üzərinə qoyulub, az odda bişirilir. Üzərinə çıxan kəfi yığılır. Bulyon
qaynadıqdan sonra içinə xırda – xırda doğranmış baş soğan əlavə edilir. Bir
qədər sonra kartof yuyulmuş aça və duz qatılır. Xörəyin hazır olmasına bir az
qalmış ədviyyat vurulur. Sonra 0.1 qram zəfəran 1 stəkan suda adicə çay kimi
dəmlənir, və hər iki pay pitiyə bir xörək qaşığı qatılır. Pitinin bulyonunun
rəngi şəffaf azacıq sarımtıl və ətirli olmalıdır. Piti bir qayda olaraq
bişirldiyi qabda süfrəyə verilir və yanında dərin boşqab yaxud kasa qoyulur.
Süfrəyə ayrıca qabda soyulmuş, doğranmış baş soğan və sumaq verilir.