Bu
bitki ortaboylu,həmişə yaşıl ağacdır.Onun qalın qabıqlı, parlaq-yaşıl rəngli
yarpaqları və nəzəri cəlb edən qırmızı rəngli ətirli və gözəl çiçəkləri vardır.
Mixək tropik iqlimli bitkilərdəndir. Əsl
vətəni Cənubu Asiya dır. Qiymətli olduğu üçün o hazırda bir sıra tropik ölkələrdə
sənaye əhəmiyyətli bitki kimi geniş sahələrdə becərilir.Qədim misirlilər qızıl
qolbağı və boyunbağını mixəyin çiçəkləri ilə bəzəyirmişlər.1521-ci ildə mixək
bitkisini ilk dəfə təsvir edib, onun haqqında ətraflı məlumat verən alim
Piqafetta olmuşdur.Bu ildən etibarən mixək bitkisinin bitklərindən ilk dəfə
olraq efir yağı alınmışdır.Hazırda istər ətriyyat sənayesində, istərsə də
dərman məqsədi ilə mixəyin ancaq çiçəklərindən istifadə olunur. Mixəyin
çiçəklərini hələ qönçə ikən müvafiq qayçı ilə kəsib,toplayır sonra xüsusi
quruducularda qurudurlar.Mixəyin tərkibində 17-20 % efir yağı və 20%-ə qədər
aşı maddələri olur.Təbabətdə isə mixəyin efir yağından və əsas tərkib hissəsi
olan evkenoldan,xəstə dişin müalicəsində onun iltibahını aradan qaldıran bitkidir,
dezinfeksiyaedən və ağrıkəsən dərman kimi işlədilir.
Mixəyli çay
Ləvazimatlar:
0.5
çay qaşığı mixək
4 çay
qaşığı qara çay
Su
Hazırlanması:
Əvvəlcə
çaydanı qaynar su ilə yaxalayırıq. Sonra çaydana 4 çay qaşığı qara çay,
0.5 çay qaşığı mixək əlavə edirik. Sonra
da çaydanı zəif odun üstünə qoyuruq və üstünə azca qaynar su əlavə edirik. Azca
dəmləndikdən sonra çaydana ağızına qədər su tökürük. Beləliklə çay hazır olur.