Azərbaycanın
subalp və alp çəmənliklərində, quru, daşlı, kirəcli yerlərində, meşə-çöl yamaclarında
bitir.Kəklikotundan yeyinti və ətriyyat
sənayesində, əczaçılıqda istifadə
edilir.
Yarpaqlarında efir yağı, C vitamini, karotin və başqa maddələr vardır.Yarpağının duru ekstratı və dəmlənməsi bəlğəmgətirici vasitə kimi işlədilir. Kəklikotu ot və balıqdan hazırlanan xörəklərdə işlədilir.Ondan çaya ətir vermək üçün də istifadə edilir.Kəklikoyunu qurudub, narın döydükdən sonra çay kimi dəmləyir, diş və boğaz ağrısında qarqara edirlər.

Kəklikotu çayı
Ləvazimatlar:
2 çay
qaşığı kəklikotu
4 çay
qaşığı qara çay
Su
Hazırlanması:
Əvvəlcə
çaydanı qaynar su ilə yaxalayırıq. Sonra çaydana 4 çay qaşığı qara çay, 2 çay
qaşığı kəklikoyu əlavə edirik. Sonra da çaydanı zəif odun üstünə qoyuruq və
üstünə azca qaynar su əlavə edirik. Azca dəmləndikdən sonra çaydana ağızına
qədər su tökürük. Beləliklə çay hazır olur.