Snikers
tortunu necə hazırlamaq olar?
Resept1
Snikers
tortu demək olar ki, bütün ölkələrdə sevilən və məşhur olan tortlardan sayılır.
Tərkibində araxis, şokolad və karamel olan bu şirniyyatı evdə hazırlamaq çoxda
çətinlik törətmir. Beləki, bütün insanlar karamelli, araxisli, şokoladlı şirniyyatları
xoşlayırlar. Amma bunun hazırlanma qaydası zövqlərə uyğun olaraq müxtəlifdir.
Sadə snikers tortunu hazırlamaq üçün bizə aşağıdakılar lazım olacaq:
-1
stəkan ələnmiş un
-1
stəkan şəkər tozu
-5
ədəd yumurta
-100
qram şokolad
-2
yemək qaşığı süd
-2
çay qaşığı qabartma tozu
-vanil
Snikers
tortunu hazırlamaqdan ötrü bizə iki cür krem hazırlamaq lazımdır.
Birinci
kremi hazırlamaq üçün bizə aşağıdakılar lazım olacaq:
-400
qram qaymaq(сливки)
-2
yemək qaşığı şəkər tozu
İkinci
kremi hazırlamaq üçün bizə aşağıdakılar lazım olacaq:
-qatılaşdırılmış
süd bankasının yarıdan bir az çoxu(2/3 hissəsi)
-100 qram şit yağ
-100 qram şit yağ
-100
qram araxis
Həmçinin
tortumuzun üstünü bəzəmək üçün bizə qlazur lazım olacaq. Qlazurun hazırlanması
üçün bizə aşağıdakılar lazımdır:
-2
yemək qaşığı süd
-100
qram şokolad
İndi
isə tortun hazırlanma qaydası ilə tanış olaq.
Yumurtaların
ağını sarısından ayırırıq. Sonra yumurtaların sarısını şəkər tozu və vanil
əlavə etməklə qarışdırırıq. Ayrıca qabda südü şokolad dilimləri ilə birlikdə
buxar qazanında duru məhlul əmələ gələnə qədər qarışdırırıq. Sonra bu qarışığa
yumurta sarıları qarışdırılmış məhlulu əlavə edirik və yaxşıca qarışdırırıq. Daha
sonra yumurtaların ağlarını köpüklənənə qədər ayrıca qabda çalırıq və
qarışdırdığımız məhlulun üzərinə əlavə edirik. Yenə də yaxşıca qarışdırırıq.
İndi isə bu məhlula un əlavə etməyin vaxtı çatıb. Unu ələyirik və üzərinə
qabartma tozunu əlavə edərək yaxşıca qarışdırırıq. Sonra isə bu qarışığı
əvvəlcə hazırladığımız qarışığa əlavə edirik. Hamsını birlikdə yaxşıca
qarışdırdıqdan sonra 10-15 dəqiqəlik kənarda saxlayırıq. Bu vaxt ərzində isə
tort üçün formanı götürürük, divarlarını yağla sürtüb üzərinə azacıq un səpirik
ki, yapışmasın. Sobanı 180 dərcəyə qədər qızdırırıq. Əldə etdiyimiz xəmiri tort
formasının içinə tökərək 30-40 dəqiqəlik vaxtla sobaya bişməyə qoyuruq. Bu
bişim hazır olduqdan sonra onu sobadan çıxarıb soyumağa qoyuruq. Soyuduqdan
sonra isə iki və ya üç hissəyə bölürük.
Bilməlisiniz ki, tort üçün hazırlanan kremlər, tort dilimlərinin üzərinə və hazır olandan sonra isə tortun üstünə də çəkilməlidir. Əgər tortunuz iki və ya üç hissədən ibarətdirsə, hazırladığınız kremləri müvafiq olaraq iki və ya üç hissəyə bölün. Bir hissəsini hazır tortun üstünə əlavə etmək üçün saxlayın. O biri hissələrini isə hər bir dilimin üstünə çəkmək üçün saxlayın.
Tortun
iç kremini hazırlamaq üçün:
-Əvvəl
birinci hazırladığımız kremdən istifadə edirik. Bunun üçün qaymaq və şəkər
tozunu qarışdırırıq, alınmış məhlulu iki hissəyə bölünmüş tort dilimlərinin
üzərinə yaxırıq.
-Daha
sonra ikinci hazıladığımız kremdən istifadə edirik. Bunun üçün qatılaşdırılmış
südü, yumşaldılmış kərə yağını və
araxisi birlikdə qarışdırırıq. Bu qarışığı əvvəlcə çəkdiyimiz qarışımın üzərinə
tökürük. Bişmiş tort dilimlərini üst-üstə qoyuruq, üzərinə artıq qalmış
kremlərimizdən əlavə edirik. Bunun üzərinə isə hazırladığımız qlazuru tökürük.
Qlazuru buxar hamamı deyilən şəraitdə eyni cinsli məhlul alınana qədər od
üzərində qızdırırıq, soyuduqdan sonra isə hazırladığımız tortun üst hissəsinə - kremin üstünə əlavə edirik. Artıq qalmış araxisləri, şokoladları və digər
qırıntıları üzərinə əlavə edirik. Beləliklə bizim snikers tortumuz hazırlanmış
olur.