Tərkibi:
400 qr qarın
2 ədəd soğan
20 qram lavaşana
Olmasa 40 qram nar
400 qr buğda unu
110 qr yağ
Sumaq
Darçın,
Duz, istiot
Hazırlanması:
Ələnmiş una su və duz qatılır. Bərk xəmir yoğrulur. Daha
sonra 1 mm
qalınlıqda fətir yayılır. Kasa böyüklüyündə dairələr kəsilir. Dana, quzu və ya
qoyun qarını isti suda 1 neçə dəfə yuyulur. Daha sonra, soyuq su ilə yenidən
yuyulur. Qarın ət maşınından soğanla birlikdə çəkilir. Sonra içinə lavaşana
olmasa nar əlavə edilərək qarışdırılır. Əvvəlcədən kəsdiyimiz dairələrin bir
tərəfinə ət maşınından çəkilmiş qarın qoyulr. O, biri tərəfi üstünə qatlanır.
Aypara şəkilinə salınır, kənarları bükülür. Sonra qızdırılmış tavaya qoyularaq
yağda qızardılır.Süfrəyə veriləndə isə qutabın üstünə sumaq səpilir.