Ləvazimatlar:
Adambaşına
- 300 qram mal əti
Baş
soğan - 1 ədəd
Nar - 15 qram
Kərə
yağı - 5 qram
Cəfəri
- 10 qram
Duz,
istiot
Hazırlanması:
Basdırma kabab üçün təxminən 35 - 40 qramlıq
tikələrdən doğranılır və sonra emallı qaba qoyulub içinə doğranmış soğan, duz,
istiot, nar qatılaraq hamısı birlikdə qarışdılır və 3 - 4 saat ərzində soyuq
yerdə saxlanılır.
Lazım
gəldikdə ət tkələri şişə taxılır və soğandan təmizlənərək közərmiş kömür
üzərində bişirilir. Kababın dadı daha xoş olsun deyə, onu bişirməzdən əvvəl
kərə yağına salmaq, çıxartmaq məsləhət görülür.
Kabab
bişirilib süfrəyə veriləndə yanına soğan, limon yaxud şişdə bişirilmiş pomidor,
sumaq,
istiot
və duz qoyulur.