Ləvazimatlar:
Adambaşına - 350 qram qoyun əti
Baş
soğan - 1 ədəd
Cəfəri
- 10 qram
Reyhan
- 10 qram
Sumaq
- 3 qram
Duz,
istiot
Hazırlanması:
Tikə
kabab üçün ətdən 35 – 40 qramlıq tikələr kəsib şişə taxırıq, üstünə duz səpilir
və manqalda közərmiş kömür üzərində qızardılır. Kömür alovlanmasın deyə ona
duzlu su səpilir. Ət şişə taxılan zaman həm yağlı həmdə yağsız tikələr
götürülməlidir. Əti bir qaydada qızarmasına fikir verilməlidir. Tikə kababın
bərabər qaydada qızarması üçün arabir çevirmək lazımdır. Tikə kabab hazır olan
kimi süfrəyə verilməlidir. Tikə kababın üstünə halqavari soğan qoymaq lazımdır.
Bundan başqa tikə kababın yanına bir neçə dilim limon, yaxud narşərab, döyülmüş
istiot və duz qoyulur. Yay zamanı tikə kababın yanına 100 qram şişdə
qızardılmış pomidorda əlavə etmək olar.