Yumurta
- 4 ədəd
Şəkər
tozu - 1,5 stəkan
Xama
- 300 qram
Qatılaşdırılmış
süd - 6 yemək qaşıqı
Soda
- 0,5 çay qaşıqı
Vanil
- 1 paçka
Krem
üçün:
Kərə
yağı - 200 qram
Qatılaşdırılmış
süd - 8 yemək qaşıqı
Xırda
doğranmış qoz ləpəsi - 200 qram
Hazırlanması:
Şəkər
tozu yumurtalarla əriyənə qədər mikserlə çalınır. Buraya xama, soda,
qatılaşdırılmış süd və un əlavə edilir. Bunların hamsı yaxşıca qarışdırılır.
Yağ çəkilmiş xüsusi formalı qab götürülür. Bu qaba xəmirin yarısı tökülür, və
sobaya qoyulur. Xəmirin qalan hissəsinə isə kakao qatılır və yaxşıca
qarışdırılır.
Krem
hazırlandıqdan sonra 1 qat ağ biskvitə krem çəkilir. Sonra 1 qat qara biskvitə
krem çəkilir və 1 qat ağ, 1 qat qara biskvit üst – üstə qoyulur. Kremi çəkərkən
hər qata qoz səpilir.