Tərkibi:
1.5 kq kök
1-1.5 kq
soğan
1 kq qırmızı
şirin bibər
3 baş
sarımsaq
Yarım
stəkan şəkər tozu
Duz,istiot
Hazırlanması:
Əvvəlcə soğanı
soyuruq,sonra təmizləyirik.Soğandan sonra kökü təmizləyib yuyuruq. Soğanı xırda-
xırda doğrayırıq, kökü isə sürtgəcdən
keçiririk.
Qırmızı bibərlərin
toxumunu çıxardırıq sonra yuyuruq və nazik- nazik doğrayırıq.
Sarımsağı isə
bıçağın altına qoyub,əzin və xırdalayın.
Pomidorların qabığını soyub,yuyub mətbəx
robotundan keçiririk. Sonra onları qazana əlavə edib,odda bişiririk. Qaynara
düşəndə qapağını örtüb 1-1.5 saat bişiririk.Sonra düyünü yuyuruq, qazana əlavə
edib 40-45 dəqiqə bişiririk. Sonra duz,
istiot, sarımsaq, qarğıdalı yağı, kök, soğan və qırmızı bibəri əlavə edirik, yaxşıca
qarışdırırıq. Sonra qazandan götürüb sterilizə edirik, bankalara yığırıq, ağzını
bağlayırıq.
Sadıqova Aysel xanım , Qax şəhəri
Digər Leço resptləri