Ləvazimatlar:
1kq
gavalı
1kq
şəkər tozu
1stəkan
su
Hazırlanması:
Gavalı
mürəbbəsi bişirmək üçün böyük gavalılar yuyulur,iki yerə bölünür,çəyirdəyi
çıxardılır və 1-2 saat əhəngli suda saxlanılır ki, bişirilən zaman
əzilməsin(Əhəngli su,250 qram söndürülmüş əhəng, 5 litr soyuq suya tökülməklə
hazırlanır).Əhəngli sudan çıxardılmış meyvələr bir neçə dəfə suyu dəyişməklə
yuyulur,suyu süzülmək üçün süzgəcə yığılır.Sonra 1 kq şəkər tozu və 0.3 litr
sudan mət bişirilir,mət qaynara düşəndə meyvələr içinə tökülür.10 dəqiqə
bişirilir və qırağa qoyulur,4-5 saatdan sonra mürəbbə yenə də 10 dəqiqə
qaynadılır və yenə ara verəndən sonra hazır olana kimi birdə qaynadılır.Hazır
olmağa bir az qalmış mürəbbə ətir üçün ya vanil ya da portağal qabıqları
tökülür.
Gavalı mürəbbəsini çox
bişirmək olmaz,bir az vaxtı ötən kimi bərkiyir və povidlaya oxşayır.