100
qram ət
200
qram kələm
50
qram düyü
Nanə,
keşniş, şüyüd, narşərab, tomat - pasta ya da nar şirəsi, duz və istiot
Hazırlanması:
Qoyun
ya da mal əti soğanla maşının iri hissəsindən keçirilir, içinə xırda - xırda
doğranmış nanə, şüyüd, keşniş, arıtlanıb yuyulmuş düyü, ət, ərinmiş yağ, duz,
istiot qatılıb, qarışdırılır. Kələm dolmasına duz bir qədər artıq qatılır.
Kələm özəyi çıxarılır və qaynar suya salınır. Yumşalandan sonra kələm sudan
çıxarılır, yarpaqların damarı kəsilir və bir neçə yerə bölünür. Əvvəlcədən
hazırlanmış ət, kələm yarpağına uzunsov formada bükülür və səliqə ilə qazana
yığılır. Üzərinə bir neçə iri kələm yarpağı səpilir, qaynar su tökülüb, oda
qoyulur. Hazır olmasına az qalmış onun üzərinə ya nar sıxılır, ya da qızardılıb
suda açılmış tomat - pasta tökülür.