Adambaşına
150 qram qoyun əti
20
qram xırda lobya
250
qram balqabaq
20
qram ərinmiş yağ
1
ədəd soğan
10
qram şəkər tozu
Keşniş,
şüyüd, duz və istiot
Hazırlanması:
Qoyun
əti xırda sümükləri ilə birlikdə 25-30 qramlıq tikələrə doğranır, duzlanr və
qızdırılmış tavada yağ içində qızardılır. Sonra bunun içinə doğranmış baş soğan, bulyon, yuyulmuş və
əvvəlcədən suda isladılmış alça qurusu qatılıb, öz buğunda bişirilir. Suda
isladılmış lobya ayrıca olaraq yarım hazır vəziyyətə gəlicə bişirilib həmin ətə
qatılır. Balqabaq soyulub doğranır və lobya ilə qızardılmış ətə əlavə edilir.
Sonra bunun içinə şəkər tozu tökülür, 20-30 dəqiqə qapağı örtülü qabda öz
buğunda bişirilir.