5
nəfərlik pors üçün - qoyun əti (olmasa 1 kq mal əti ilə 200 qram qoyun quyruğu)
Badımcan
5 ədəd
Pomidor
5 ədəd
Bibər
5 ədəd
Soğan
1 ədəd
Duz,
istiot, zəncəfil, mixək, pul bibər
Hazırlanması:
Əvvəlcə
əti maşından keçiririk. Soğanı doğrayıb üzərinə duz, istiot, zəncəfil, mixək,
pul bibər tökürük. Sonra tava götürürük və içinə əvvəlcə yağ sonra isə ət və soğanı
əlavə edib qovururuq. Bir tərəfdəndə pomidor və bibərin başlarını kəsirik və
içini təmizləyirik, badımcanın isə ortasından azca kəsirik və acılığını
çıxardırıq. Sonra isə içinə qovurmanı əlavə edirik və səliqə ilə tavaya
düzürük. İstəsəniz qovurmanı çiy halda tərəvəzlərin içinə əlavə edə bilərsiniz.