Tərkibi:
1
stəkan un
60
qram kərə yağı
6
ədəd yumurta
0.25
çay qaşığı duz
3/2
stəkan su və ya süd
Hazırlanması:
Qazana
su və ya süd tökülür. Yağ və duz əlavə edilib qarışdırılır vı qaynadılır.
Qaynara düşəndə un tökub, zəif od üzərində tez – tez qarışdıra – qarışdıra 1 –
2 dəqiqə qaynadılır. Çalışmaq lazımdırki, un topaçlanmasın. Odun üstündən
götürülür 70 – 80 C – dək soyudulur qarışdıra – qarışdıra yumurtalar əlavə edilir. Bu cür xəmir
çalınmır ancaq qarışdırılır. Axırda eyni bərabərə yoğrulmuş xəmir alınır. Listə
nazik qat yağ çəkilir. Hazır xəmir mətbəx şprisinə yada kağızdan hazırlanmış
kornetə doldurulub listə cürbəcür formada pirojnalar salınır. Belə pirojnalar
180 – 200 C tempraturda 30 – 40 dəqiqə bişirilir. Tempratur bundan çox olsa pirojnalar çox
köpər, pirojnaların üstündə çat əmələ gələr. Tempratur bundan az olduqda isə
xəmir köpməz. Yaxşı hazırlanmış xəmir yaxşı köpür, azca yayılır və içində
boşluq əmələ gəlir. Bərk xəmir bişərkən yaxşı köğmür, duru xəmirdə isə
pirojnalar formasız alınır. Əgər xəmir duru alınmışsa təzədən bir qədər qatı
xəmir yoğurun, hər iki xəmiri qarışdırın. Əgər pirojnalar bişərkən yaprıxırsa
deməli xəmir çox çalınmışdır. Bişəndən sonra yaprıxmışsa deməli vaxtından əvvəl
çıxarılmışdır. Əgər məmulatların qıraqları yuxarı qalxırsa ya da məmulat
yumşaqdırsa deməli dxovka kifayət qədər qızdırılmamışdır. Ekler pirojnası üçün
xəmir uzun çubuqlar formasında da düzəldilir. Soyuyandan sonra hazır pirojnanın
içi boş olur. Mətbəx şprisinə krem doldurulur, pirojnanın bir başından içinə
boşaldılır, üstünə ya azca krem çəkilib
qırıntılar tökülür ya da şokoladlı pomada çəkilir.
Məsməxanım , Bakı şəhəri