Ləvazimatlar:
20 kq
ağ tut
1
litr su
Hazırlanması:
Tutun
üzərinə su tökülüb 1 saat bişirilir. Sonra sıxılıb şirəsi çıxarılır. Alınan
şirə enli qaba tökülür və 1 neçə saat (bəzən hətta 1 gün) az xodda qaynadılır.
Ara bir üstünə çıxan köpük yığılır. Köpük daha çıxmırsa və şirə
qaralmışsa deməli doşab hazırdır.
Doşab xəşil, quymaq şirin
kələm dolması, halva və başqa Azərbaycan xörəklərində işlədilir.